Məmmədyarovla Lavrov Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov ilə Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, tərəflər ikitərəfli münasibətlərin və xarici siyasətin əlaqələndirilməsinin aktual problemlərini, o cümlədən koronavirus infeksiyası və onun nəticələrinin qarşısının alınması, Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət barədə fikir mübadiləsi aparılıblar.
S.Xankişiyeva
987