Mayın 31-dən sonra karantin rejimi yumşaldılacaq? - RƏSMİ | 1news.az | Xəbərlər
Siyasət

Mayın 31-dən sonra karantin rejimi yumşaldılacaq? - RƏSMİ

17:53 - 13 / 05 / 2020
Mayın 31-dən sonra karantin rejimi yumşaldılacaq? - RƏSMİ

Hazırda xüsusi karantin rejimi ilə bağlı ölkədəki vəziyyət kompleks şəkildə qiymətləndirilir və növbəti addımların atılması nəzərdən keçirilir.

1news.az-ın verdiyi xəbərə görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib ki, müəyyən yumşaldılma tədbirləri də müzakirə olunmaqdadır:

“Mayın 31-dən sonra xüsusi karantin rejimi ilə bağlı hər hansı fikrin söylənməsi tez olar”.

S.Xankişiyeva

 

 

Paylaş:
1330

Son xəbərlər

Bütün xəbərlər