XİN: Azərbaycan ABŞ-a etiraz məktubu göndərəcək | 1news.az | Xəbərlər
Siyasət

XİN: Azərbaycan ABŞ-a etiraz məktubu göndərəcək

17:58 - 13 / 05 / 2020
XİN: Azərbaycan ABŞ-a etiraz məktubu göndərəcək

Təəssüflər olsun ki, bəzi hallarda bir çox ölkələrin həyata keçirdikləri layihələrdə beynəlxalq səviyyədə tanınmış sərhədlərimizin təhrif olunmasına rast gəlirik.

1news.az-ın verdiyi xəbərə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Nazirlər Kabineti yanında Operativ Qərargahda bu gün keçirilən brifinqdə çıxışı zamanı deyib.

Leyla Abdullayeva bildirib ki, Azərbaycan höküməti tərəfindən təhrifə yol verən ölklərlə əlaqə saxlanılaraq etiraz edilir və təhrif olunan xəritə aradan qaldırılır:

"Ölkəmizin ABŞ-dakı səfirliyi tərəfindən aidiyyatı etiraz məktubu göndərilməsi nəzərdə tutulub".

S.Xankişiyeva

 

Paylaş:
1332

Son xəbərlər

Bütün xəbərlər