“Sizin və Mehriban xanımın xalqımıza böyük qayğınızın və dəstəyinizin şahidi olduq” – Prezidentə məktub | 1news.az | Xəbərlər
Siyasət

“Sizin və Mehriban xanımın xalqımıza böyük qayğınızın və dəstəyinizin şahidi olduq” – Prezidentə məktub

14:53 - 17 / 05 / 2020
“Sizin və Mehriban xanımın xalqımıza böyük qayğınızın və dəstəyinizin şahidi olduq” – Prezidentə məktub

“Sizin verdiyiniz göstərişlər nəticəsində ölkəmizdə pandemiyanın geniş yayılmasının qarşısını almaq mümkün oldu”.

1news.az xəbər verir ki, bu barədə koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə Ağsu rayonunun Bənəcik kəndindən tələbə Qurban Babazadənin Prezident İlham Əliyevə təşəkkür məktubunda qeyd edilib. Məktubun tam mətnini təqdim edirik:

“Möhtərəm cənab Prezident, Planetimizi cənginə alan koronavirus pandemiyası nəticəsində bu gün dünya iqtisadiyyatı dərin böhran və çətinliklə üzləşib. Lakin Sizin verdiyiniz göstərişlər nəticəsində ölkəmizdə pandemiyanın geniş yayılmasının qarşısını almaq mümkün oldu.

Cənab Prezident, Sizin uğurlu siyasətinizin bariz nümunəsidir ki, Azərbaycanda sabitlik hökm sürür, yoluxma halları getdikcə azalır. Bu günlərdə Sizin və Mehriban xanımın xalqımıza böyük qayğınızın və dəstəyinizin şahidi olduq. Allah Sizi qorusun! Ali dövləti fəaliyyətinizdə Sizə uğurlar arzu edirik”.

1news.az

Paylaş:
753

Son xəbərlər

Bütün xəbərlər