Dünyada koronavirusa yoluxanların sayı 112 mindən çox artıb | 1news.az | Xəbərlər
Dünya

Dünyada koronavirusa yoluxanların sayı 112 mindən çox artıb

09:38 - 20 / 05 / 2020
Dünyada koronavirusa yoluxanların sayı 112 mindən çox artıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 112 mindən çox artıb.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Mayın 19-u saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 112 637 nəfər yeni koronavirusa yoluxub, 4 322 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 4 731 458, ölənlərin isə 294 046316 169 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 2 082 945 yoluxma və 124 668 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 1 909 592, ölənlərin sayı isə 167 998 nəfərə çatıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 356 749 yoluxma və 10 149 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi gösəticilər əsasında hazırlanır.

1news.az

 

Paylaş:
752

Son xəbərlər

Bütün xəbərlər