ABŞ ordusu İranın Qəşm adasına zərbələr endirib | 1news.az | Xəbərlər
Dünya

ABŞ ordusu İranın Qəşm adasına zərbələr endirib

Qafar Ağayev09:58 - Bu gün
ABŞ ordusu İranın Qəşm adasına zərbələr endirib

ABŞ ordusunun İranın Qəşm adasına hücumlar həyata keçirdiyi iddia olunur.

1news.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti hökumət mənbələrinə istinadən məlumat yayıb.

Qəzetə danışan mənbələrin sözlərinə görə, ABŞ qüvvələri son bir neçə həftə ərzində İran ərazisindəki hədəflərə qarşı kiçikmiqyaslı hücumlarını davam etdirib.

Bəzi rəsmi şəxslər əməliyyatların məhdud xarakter daşıdığını və müdafiə məqsədi güddüyünü bildiriblər. Onların sözlərinə görə, hücumların məqsədi İranın Hörmüz boğazında ticarət gəmilərinin hərəkətinə mane olmaq imkanlarını məhdudlaşdırmaqdır.

İran KİV: Ölkənin cənubunda partlayış səsləri eşidilib

İran mediasının yaydığı məlumata görə, bu gün səhər saatlarında ölkənin cənubunda, o cümlədən Qəşm adasında və sahil şəhəri Bəndər-Lingədə partlayış səsləri eşidilib.

Partlayışların səbəbi ilə bağlı hələlik ətraflı məlumat verilməyib. İran rəsmiləri mümkün yeni ABŞ hücumlarını da rəsmi şəkildə təsdiqləməyiblər.

Qətər nümayəndə heyəti Tehrana səfər edib

Bu arada, ABŞ və İran arasında müharibənin başa çatdırılmasına yönəlmiş danışıqlarla bağlı da yeni məlumat yayılıb.

Qətərin vasitəçiliyi ilə aparılan danışıqlar çərçivəsində bu ölkənin rəsmilərindən ibarət nümayəndə heyəti İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşmək üçün Tehrana yollanıb.

“Reuters” agentliyinə danışan və danışıqlardan məlumatlı olan mənbənin bildirdiyinə görə, görüşdə son səkkiz gündür müzakirə olunan ABŞ-İran sazişi layihəsinin variantlarından biri nəzərdən keçiriləcək.

Mənbə danışıqların məzmunu ilə bağlı əlavə məlumat verməyib.

Paylaş:
86

Son xəbərlər

Bütün xəbərlər