Koronavirusa yoluxanların sayı 5 milyona çatır | 1news.az | Xəbərlər
Dünya

Koronavirusa yoluxanların sayı 5 milyona çatır

12:57 - 20 / 05 / 2020
Koronavirusa yoluxanların sayı 5 milyona çatır

Bugünkü statistikaya görə dünya üzrə koronavirusa yoluxanların sayı 5 milyona yaxınlaşmaqdadır.

1news.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən, hazırda dünyada 4 milyon 989 mindən çox insan koronavirusa yoluxub. 324 966 insan Covid-19 virusu səbəbi ilə dünyasını dəyişib.

Karantin rejiminin tətbiq olunmadığı Braziliya bu gün dördüncü yerdə qərarlaşıb. ABŞ uzun müddətdir ki, siyahıya liderlik edir, Rusiya isə yoluxanların sayına görə ikinci yerdədir.

Qonşu ölkələrdən İran və Türkiyə ilk onluqdadır. 11-ci yeri isə Hindistan tutub.

1news.az

Paylaş:
732

Son xəbərlər

Bütün xəbərlər