Rəsmi

İspaniya Kralı Prezident İlham Əliyevi təbrik edib

19:37 - 22 / 05 / 2020
İspaniya Kralı Prezident İlham Əliyevi təbrik edib

İspaniyanın Kralı VI Felipe Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, mətndə deyilir:

"Cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramının qeyd olunması münasibətilə Zati-alinizə İspaniya hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırmaq istəyirəm.

Cənab Prezident, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqına sülh və əmin-amanlıq arzulayıram.

Sizə dərin hörmət və ehtiram bəslədiyimə əmin ola bilərsiniz".

S.Xankişiyeva

 

Paylaş:
521

Next TV