Gəncədə sahibkarlarla mövsümi xidmətin təşkili müzakirə olunub – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Gəncədə sahibkarlarla mövsümi xidmətin təşkili müzakirə olunub – FOTO

12:00 - 25 / 05 / 2020
Gəncədə sahibkarlarla mövsümi xidmətin təşkili müzakirə olunub – FOTO

Gəhər Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev səyyari (mövsümi) xidmətin təşkili ilə bağlı onlayn görüş keçirib. Onlayn görüşdə icra aparatının məsul şəxsləri, aidiyyatı qurumların rəhbərləri  və şəhərdə faəliyyət göstərən sahibkarlar iştirak ediblər.

Səməd Tomuyev çıxış edərək bildirib ki, Gəncədə əhalinin ailəvi istirahəti üçün səyyari (mövsümi) xidmət yalnız xüsusi ayrılmış yerlərdə təşkil olunmalıdır. Bu zaman Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilən “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın tələbləri mütləq şəkildə yerinə yetirilməlidir. Bununla yanaşı xüsusi karantin rejiminin tələbləri nəzərə alınmalı, sanitar-gigiyenik normalara əməl edilməlidir.

Videokonfrans zamanı səyyari (mövsümi) xidmətin təşkil edildiyi ərazilərin abadlaşdırılması, həmçinin təmiz saxlanılması məsələlərinə də toxunulub.

O da bildirilib ki, səyyari (mövsümi) xidmətin təşkil edildiyi məkanlar Gəncənin memarlıq üslubuna uyğun hazırlanmalı və  şəhərin ümumi görünüşünə xələl gətirməməlidirlər. Bu məsələlərə sahibkarlar tərəfindən xüsusi diqqət yetirilməlidir.

Səməd Tomuyev bu sahələrdə çalışacaq şəxslərlə əmək müqavilələrinin bağlanılması məsələsinə də toxunaraq, mövzunun vacibliyini və aktuallığını bir daha xatırladıb.

Gəncə Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin müdiri İlqar Əhmədov bildirib ki, şəhərin bütün əraziləri ilə yanaşı səyyari (mövsümi) xidmətin təşkil edildiyi məkanlar da mütəmadi dezinfeksiya olunacaq. Xüsusi qrafik üzrə aparılan dezinfeksiya işləri, bu sahələri də əhatə edəcək.

Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəis müvini Elşad Əsgərov qeyd edib ki, səyyari (mövsümi) xidmətin təşkil edildiyi ərazilərin təmizliyinin sanitar normalara uyğun olmasına xüsusi nəzarət olunacaq. Bununla yanaşı sözügedən ərazilərdə yaşıllıqların qorunması da diqqətdə saxlanılacaq.

Onlayn görüşün davamında sahibkarları maraqlandıran suallar cavablandırılıb.

1news.az

Paylaş:
1375

Son xəbərlər

Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29
Bütün xəbərlər