Başqa xəstəlikdən ölənlərin yaxınlarına koronavirus diaqnozu yazmaq təklif olunur? - TƏBİB rəsmisindən cavab - VİDEO

Dünyanın bir çox yerində olduğu kimi Azərbaycanda da koronavirusla mübarizə güclü mübarizə aparılır.
Koronavirus pandemiyasının sürətli bir şəkildə yayılmağa başladığı vaxt Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə qabaqlayıcı tədbirlər görüldü. Bunun nəticəsində də dünyanın inkişaf etmiş ölkələrində koronavirusun ağır fəsadları olsa da, Azərbaycanda bu müşahidə olunmadı. Bununla yanaşı, Azərbaycanda koronavirusla mübarizə istiqamətində atılan addımlara kölgə salmaq istəyənlər də olur. Belə ki, sosial şəbəkələrdə yayılan iddialarda başqa xəstəlikdən ölən şəxslərin yaxınlarına pul təklif edilərək koronavirus kimi qeyd olunması bildirilir. Bundan başqa yenə sosial şəbəkələrdə məlumatlar yayılmağa başladı ki, guya koronavirusdan sağalan şəxlərər dövlət tərəfindən maddi yardım nəzərdə tutulur. Bəs görəsən bu iddialarda doğruluq payı nə qədərdi?
1news.az xəbərinə görə, məsələ ilə bağlı danışan TƏBİB-in işçi qrupunun rəhbəri Vasif Əliyev deyib ki, koronavirusdan sağalanlara hərhansı bir yardım nəzərdə tutulmur.
“Onsuz da bu insanların diaqnostikası, xəstəxanada yatdıqları zaman istifadə olunan dərmanlar dərman preparatları, sonradan onların həkim nəzatində kontrolu hamısı dövlət hesabına olur. Bu vətəndaşlarımız heç bir ödəniş olmadan həm özləri, həm də ailə üzvləri, təmasda olduqları insanların diaqnostikası aparılır. 100 faiz dövlət hesabına bütün lazımi müalicə üsullarından istifadə olunur. Ancaq sağaldıqdan sonra hərhansı bir yardımdan söz gedə bilməz. Bütün bu iddialar yanlışdır".
V.Əliyev bildirib ki, təstiqini tapmayan hərhansı bir iddia üzərində danışmaq sadəcə şayiədir.
“Əgər bu cür məsələlər varsa, sadəcə vətəndaşlarımızdan xahilş edirik ki, Dövlətimizin, TƏBİB-in eləcə də Daxili İşlər Nazirliyinin əməkdaşının işinə ləkə vuracaq iddialar varsa, bununla bağlı aidiyyəti qurumlara müraciət etsinlər. Məlumat araşdırılsın və lazımı insanlar cəzalandırılsınlar. Başqa xəstəlikdən ölmüş adamların yaxınlarına guya koronavirusdan ölməsi kimi qeyd olunması ilə bağılı iddialar hərhansı bir fakt olmadığı halda sadəcə şayiədir. Biz insanların bu virusa inanması üçün yaxınlarını itirməsini heç istəmirik”.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda iddia olunur ki, guya onkoloji xəstəlikdən vəfat edən şəxsə COVİD-19 diaqnozu qoyulur. Videodan da görürünür ki, ortada hansısa bir diaqnoz olmadığı halda vəfat edən şəxsin yaxınları Təcili Tibbi yardım əməkdaşının işinə mane olur.
Məsələ ilə bağlı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirdi ki, məsələ aidiyyəti üzrə araşdırılıb və vətəndaşın iddiaları əsassızdır:
“Görüntülər Bakıda çəkilib. Vətəndaş tərəfindən Təcili Tibbi Yardımın 103 “Çağrı Mərkəzi”nə müraciət daxil olan zaman qızdırma ilə bağlı simptom deyilməyib. Yəni COVID-19 çağırışı olmayıb. Bu səbəbdən də normal çağırışlara xüsusi geyimdə gedilmir. Hazırda isə pandemiya dövrü ilə əlaqədar istənilən səbəbdən ölən şəxsdən COVID-19 testi götürülür.
Həkimlər təlimat üzrə ölən şəxsdən COVID-19 testi götürülməsinin lazım olduğunu ailə yaxınlarına izah etməyə çalışırlar. Sadəcə olaraq, ölən şəxsin ailə yaxınları yanlış başa düşüb.
Heç kim ölən şəxsin onkoloji xəstə olduğunu inkar etmir. Amma COVID-19 analizi götürməlidir, çünki paralel xəstəliklərlə müşahidə olunduğuna dair hallarla rastlaşmışıq.
Ölən şəxslərdən COVID-19-a qarşı test götürülməsi məcburidir. Nəticələr də artıq çıxıb. Şəxsin analiz nəticələri mənfi (neqativ) olub. Vətəndaşlardan bu kimi hallarda anlayışlı olmaları xahiş olunur”.
Həmin videonu təqdim edirik:
Qafar Ağayev