İlham Əliyev Lüksemburqun Böyük Hersoqunu təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Lüksemburqun Böyük Hersoqunu təbrik edib

16:45 - 22 / 06 / 2020
İlham Əliyev Lüksemburqun Böyük Hersoqunu təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Əlahəzrət Anriyə təbrik məktubu ünvanlayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, təbrikdə deyilir:

“Əlahəzrət,

Böyük məmnunluq hissi ilə Sizi və dost Lüksemburq xalqını ölkənizin milli bayramı münasibətilə öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, ölkənizə daim firavanlıq arzulayıram”.

S.Xankişiyeva

 

 

 

Paylaş:
673

Son xəbərlər

Bütün xəbərlər