Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir
Şimali Makedoniya Respublikasının Prezidenti Stevo Pendarovski Prezident İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, təbrikdə deyilir:
"Zati-aliləri.
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Şimali Makedoniya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi və ölkənizə tərəqqi arzularımı çatdırmaqdan xüsusi şərəf və məmnunluq duyuram.
Eyni zamanda, bu xoş fürsətdən istifadə edərək, Şimali Makedoniya ilə Azərbaycan arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlıq münasibətlərinin daha da inkişafı və dərinləşməsinə ümidvar olduğumu bildirmək istəyirəm.
Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin".
Küveyt Dövlətinin Baş Naziri Sabah Xalid əl-Həməd əl-Sabah da ölkə başçısını REspublika Günü münasibətilə təbrik edib.
Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident.
Dost Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan sevinc hissi duyur, Sizə uzun ömür, cansağlığı, dost xalqınıza davamlı inkişaf və firavanlıq diləyirəm.
Bu xoş fürsətdən istifadə edərək, dost xalqlarımız arasında mövcud olan ikitərəfli əməkdaşlıq əlaqələrindən məmnunluğumu ifadə edirəm".
S.Xankişiyeva