Gəncədə yeni “ASAN xidmət” mərkəzi tikiləcək | 1news.az | Xəbərlər
Rəsmi

Gəncədə yeni “ASAN xidmət” mərkəzi tikiləcək

16:47 - 24 / 06 / 2020
Gəncədə yeni “ASAN xidmət” mərkəzi tikiləcək

Prezident İlham Əliyev Gəncə şəhərində yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Gəncə şəhərində yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.4-cü yarımbəndində göstərilmiş 5,0 (beş) milyon manat Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılıb.

S.Xankişiyeva

 

Paylaş:
739

Son xəbərlər

Bütün xəbərlər