Gəncədə İdman Sarayının tikintisinə 3,0 milyon manat ayırılıb | 1news.az | Xəbərlər
Rəsmi

Gəncədə İdman Sarayının tikintisinə 3,0 milyon manat ayırılıb

16:50 - 24 / 06 / 2020
Gəncədə İdman Sarayının tikintisinə 3,0 milyon manat ayırılıb

Prezident İlham Əliyev Gəncə şəhərində İdman Sarayının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Sərəncamla Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılır.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

S.Xankişiyeva

 

Paylaş:
547

Son xəbərlər

Bütün xəbərlər