Samuxda xəstəxana tikintisi üçün 2 milyon manat ayrılıb | 1news.az | Xəbərlər
Rəsmi

Samuxda xəstəxana tikintisi üçün 2 milyon manat ayrılıb

11:40 - 25 / 06 / 2020
Samuxda xəstəxana tikintisi üçün 2 milyon manat ayrılıb

Prezident İlham Əliyev Samux Rayon Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncama əsasən, Samux Rayon Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.7-ci yarımbəndində göstərilmiş 2,0 (iki) milyon manat Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ayrılıb.

S.Xankişiyeva

 

Paylaş:
887

Son xəbərlər

Bütün xəbərlər