NEXT TV-nin təqdimatında 102 yaşlı Azərbaycan Ordusu – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

NEXT TV-nin təqdimatında 102 yaşlı Azərbaycan Ordusu – VİDEO

13:45 - 26 / 06 / 2020
NEXT TV-nin təqdimatında 102 yaşlı Azərbaycan Ordusu – VİDEO

26 İyun –  Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günüdür.

1news.az-ın verdiyi xəbərə görə, Silahlı Qüvvələrin yaranmasından 102 il ötür.

AXC hökumətinin 1918-ci il 26 iyun tarixli qərarı ilə yaradılan “Əlahiddə Azərbaycan Korpusu” bolşevik-daşnak hərbi birləşmələrinin darmadağın edilməsində, Bakının azad edilməsində və erməni quldur dəstələrinə qarşı döyüşlərdə böyük şücaətlər göstərib.

O dövrdə təşkil olunan Hərbi Nazirlik və onun rəhbər heyətində təmsil olunan Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və başqa ordu biliciləri Azərbaycanda ordu quruculuğunda mühüm islahatlar həyata keçiriblər.

AXC-nin süqutundan sonra Azərbaycan ordusunun 21 generalından 15-i bolşeviklər tərəfindən güllələndi. 1991-ci ildə Azərbaycan ikinci dəfə müstəqilliyini elan etdikdən sonra Azərbaycan Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul edildi.

NEXT TV-nin hazırladığı videoda Qafqazda ən müasir və ən güclü ordu hesab olunan Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixindən, arsenalında olan silahlar və digər maraqlı faktlardan bəhs olunur.

S.Xankişiyeva

 

 

 

Paylaş:
1084

Son xəbərlər

Bütün xəbərlər