Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur | 1news.az | Xəbərlər
Siyasət

Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur

16:05 - 01 / 07 / 2020
Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur

"Dünən, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin iştirakı ilə onlayn görüş keçirilib. Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində cari vəziyyət müzakirə edilib".

1news.az-ın verdiyi xəbərə görə, bunu Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev bildirib. "Görüş zamanı Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan münaqişəni təhrif etməyə yönəlik cəhd göstərərək Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinin erməni icmasını “xalq” kimi qələmə verməyə çalışıb.

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri olaraq bəyan edirəm ki, “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur, sadəcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi anlayışı var ki, bu da bölgənin erməni və azərbaycanlı icmalarını əhatə edir. Xatırladım ki, Rusiyanın xarici işlər naziri Serqey Lavrov Bakıya son səfərlərinin birində “Dağlıq Qarabağ əhalisi” sözlərini işlətmişdir ki, bu da erməni tərəfinə tutarlı bir cavabdır.

1992-ci ilin mart ayında keçirilmiş ATƏM-in (indiki ATƏT) Helsinki sammitinin yekun sənədində də qeyd edildiyi kimi, Ermənistan və Azərbaycan münaqişə tərəfləri, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları isə münaqişənin maraqlı tərəfləridir.

Ermənistan xarici işlər nazirinin münaqişənin formatını təhrif etməyə çalışması Ermənistanın qeyri-konstruktiv mövqeyinin daha bir göstəricisidir və yekun sülhün əldə olunmasını gecikdirməyə hesablanıb.

Bir daha bəyan edirəm ki, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları yalnız Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində, birgə sülh şəraitində yaşaya bilərlər", - T.Gəncəliyev deyib.

S.Xankişiyeva

 

Paylaş:
551

Son xəbərlər

Regionlarda aztəminatlı və digər həssas kateqoriyalara aid ailələrdən olan uşaqlar arasında onkoloji müayinələr aparılır - FOTO14 / 06 / 2021, 20:12“Ölkədə vaksinasiya: vaksin vurdurmağın üstünlükləri” – “Çıxışa doğru”da MÜZAKİRƏ14 / 06 / 2021, 19:23Azərbaycan əhalisinin sayı açıqlanıb14 / 06 / 2021, 18:02Uelsli futbolçuların Bakı gəzintisi - VİDEO14 / 06 / 2021, 17:54BNA və DYP AVRO-2020 ilə bağlı vətəndaşlara müraciət etdi14 / 06 / 2021, 17:51Monteneqro və Azərbaycan arasında turizm əlaqələri müzakirə olunub14 / 06 / 2021, 17:47Şəhriyar Məmmədyarov “Superbet Chess Classic” turnirinin qalibi olub14 / 06 / 2021, 17:39Son 30 ildə Ermənistanı tərk edən ermənilərin sayı açıqlanıb14 / 06 / 2021, 17:36Küveyti qum fırtınası iflic etdi - VİDEO14 / 06 / 2021, 17:31AQTA quş qripi ilə bağlı 40-dan çox ölkəyə məhdudiyyət tətbiq etdi14 / 06 / 2021, 17:28Azərbaycanda ilk dəfə beşəm dünyaya gəlib - FOTO14 / 06 / 2021, 17:25Milli Qəhrəman Polad Həşimovun qızı məzun oldu: “İmtahan nəticəm çıxanda atam əhvalımı daha da yüksəldirdi”14 / 06 / 2021, 17:14“Zəngəzur dəhlizi regionun tranzitlogistika potensialını artıracaq” - Mikayıl Cabbarov14 / 06 / 2021, 17:11Bakıda yük maşını aşdı, qarpızlar yola dağıldı - VİDEO14 / 06 / 2021, 17:06Ötən həftə minadan təmizlənən ərazinin sahəsi açıqlandı - STATİSTİKA14 / 06 / 2021, 16:53Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda inşa olunacaq tunelin təməlini qoyub14 / 06 / 2021, 16:41“Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu” - Sevinc Fətəliyeva14 / 06 / 2021, 16:24Birləşmiş Krallıqda yaşayan azərbaycanlıların Koordinasiya Şurası təsis edilib14 / 06 / 2021, 16:09Prezident Zəfər yolu üzərində inşa edilən körpüdə görülən işlərlə tanış olub14 / 06 / 2021, 16:06“Nar” işğaldan azad edilmiş ərazilərdə şəbəkəsini genişləndirməyə davam edir14 / 06 / 2021, 16:02
Bütün xəbərlər

Next TV