Prezident İlham Əliyev BMT-nin Baş katibinə telefonla zəng edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev BMT-nin Baş katibinə telefonla zəng edib

09:40 - 08 / 07 / 2020
Prezident İlham Əliyev BMT-nin Baş katibinə telefonla zəng edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin Baş katibi Antonio Quterreşə telefonla zəng edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, telefon danışığı əsnasında Prezident İlham Əliyev bildirib ki, Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizədə Baş katibin və BMT-nin səylərini, o cümlədən çoxtərəfli əməkdaşlığı dəstəkləyir.

Dövlətimizin başçısı COVID-19 pandemiyasına qarşı mübarizə məqsədilə Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə, 30-dan çox ölkəyə isə humanitar və maliyyə yardımı ayırdığını qeyd edib.

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri statusunda üzv dövlətlər adından BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının çağırılması barədə müraciətinə qısa müddətdə cavab verdiyinə görə Baş katibə təşəkkürünü çatdırıb və BMT-nin 130-dan çox üzv dövlətinin bu təşəbbüsü dəstəklədiyini vurğulayıb.

Dövlətimizin başçısı BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının çağırılmasında Baş katibin liderliyinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Prezident İlham Əliyev xüsusi sessiyanın keçirilməsi ilə əlaqədar texniki-logistik məsələlərin həllində Azərbaycanın öz töhfəsini verməyə hazır olduğunu bildirib.

BMT-nin Baş katibi Antonio Quterreş telefon zənginə görə Prezident İlham Əliyevə təşəkkür edib. Baş katib BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəklədiyini qeyd edərək, texniki-logistik məsələlərin həlli ilə əlaqədar BMT-nin Azərbaycan tərəfi ilə birlikdə işləməyə hazır olduğunu deyib. Eyni zamanda, Baş katib Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün fəal surətdə çalışdığını bildirib.

Prezident Ilham Əliyev və Baş katib Antonio Quterreş telefon danışığında əminliklərini ifadə ediblər ki, keçiriləcək xüsusi sessiya COVID-19 pandemiyasına qarşı mübarizədə önəmli addım olacaq.

S.Xankişiyeva

 

Paylaş:
258

Son xəbərlər

Azərbaycan əhalisinin gəlirləri açıqlanıbBu gün, 16:10Şuşada Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirilib - YENİLƏNİBBu gün, 16:00“Azərkosmos” “GLEX 2021” tədbirində təmsil olunur - FOTOBu gün, 15:24Qaraçuxurda daha bir küçə təmir olundu - FOTOBu gün, 15:15Leyla Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edibBu gün, 14:51Üç medalla təltif olunan Vətən müharibəsi şəhidi Səlim Sultanovun doğum günüdürBu gün, 14:45Azərbaycanda minik avtomobilinin istehsalı azalıbBu gün, 14:26Diasporla İş üzrə Dövlət Komitəsində 15 İyun- Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilibBu gün, 13:52İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Füzuli rayonunda qarşılayıb - FOTOBu gün, 13:21Prezidentin köməkçisi toyların keçirilməsindən danışdıBu gün, 13:15Selçuk Bayraktardan Azərbaycana TƏBRİK: “Dağ olsanız, torpaq bizik”Bu gün, 13:07Ərdoğanın Şuşaya səfər proqramı açıqlanıb - VİDEOBu gün, 12:38Orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün 4 mindən çox abituriyent ərizəsini təsdiqlədibBu gün, 12:20Mingəçevirdə qadının boyunbağısını soyğunçuluq yolu ilə ələ keçirən şəxs saxlanılıb - FOTOBu gün, 12:02Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini vəzifəsindən azad edilibBu gün, 11:49Sabahın HAVASI: 37 dərəcəyədək isti olacaqBu gün, 11:44“İş yerlərində təhlükəsiz əmək şəraitinin yaradılması” mövzusunda təlim keçirilib - FOTOBu gün, 11:43Milli Qurtuluş Günündən başlanan yüksəlişin zirvəsi: Tarixi ZəfərimizBu gün, 11:23“Kontakt Home”un “Axşambazarı” kampaniyasına rekord sayda insan qatıldı - FOTO - VİDEOBu gün, 11:15Bu marşrutların hərəkət sxemində dəyişiklik edilib - Çimərlik mövsümünə görəBu gün, 11:05
Bütün xəbərlər

Next TV