GUAM Ermənistan Silahlı Qüvvələrinin Tovuz bölgəsinə hücumlarını pisləyir | 1news.az | Xəbərlər
Siyasət

GUAM Ermənistan Silahlı Qüvvələrinin Tovuz bölgəsinə hücumlarını pisləyir

21:24 - 13 / 07 / 2020
GUAM Ermənistan Silahlı Qüvvələrinin Tovuz bölgəsinə hücumlarını pisləyir

Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilat - GUAM Katibliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycan və Ermənistan arasında dövlət sərhədi boyunca Tovuz rayonu istiqamətində hücumlarını pisləyir.

1news.az bu barədə təşkilata istinadən məlumat verir.

"Bir daha vurğulayırıq ki, münaqişələr GUAM bölgəsinin rifahına, sabitliyinə və rifahına mane olur"-deyə, GUAM-ın "Twitter" səhifəsində qeyd edilir.

Xatırladaq ki, iyulun 12-də günorta saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu ərazisində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələrinin bölmələri artilleriya qurğularından Azərbaycan mövqelərini atəşə tutdular. Görülən müvafiq tədbirlər nəticəsində düşmən itki ilə geri qaytarıldı.

S.Xankişiyeva

 

Paylaş:
669

Son xəbərlər

Bütün xəbərlər