Vergilər nazirliyindən Xarici işlər naziri vəzifəsinə gedən yol - Ceyhun Bayramovun DOSYESİ | 1news.az | Xəbərlər
Siyasət

Vergilər nazirliyindən Xarici işlər naziri vəzifəsinə gedən yol - Ceyhun Bayramovun DOSYESİ

15:33 - 16 / 07 / 2020
Vergilər nazirliyindən Xarici işlər naziri vəzifəsinə gedən yol - Ceyhun Bayramovun DOSYESİ
Prezident İlham Əliyev Ceyhun Bayramovu Təhsil Naziri vəzifəsindən azad edi,  Azərbaycan Respublikasının Xarici işlər naziri təyin edilməsi haqqında Sərəncam imzalayıb.
 
1news.az yeni Xarici İşlər Naziri Ceyhun Bayramovun dosyesini təqdim edir: 
 
Ceyhun Əziz oğlu Bayramov 1973-cü ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə orta məktəbi gümüş medalla bitirib. Həmin il Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olunub. Bu ali məktəbi iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə, Azərbaycan Universitetini hüquqşünaslıq ixtisası üzrə bitirib.

1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, 2000-2002-ci illərdə “Salans Hertzfeld & Heilbronn (Baku) Limited” şirkətində hüquqşünas, 2002-2013-cü illərdə isə “OMNİ” hüquq şirkətinin direktoru olub.

2004-2012-ci illərdə dünyanın aparıcı hüquq nəşrlərindən olan “Chambers Global”, “IFLR1000” və “Legal500” tərəfindən hər il Azərbaycanda vergiqoyma və mülki hüquq sahəsində aparıcı hüquqşünaslar siyahısına daxil edilib.

2013-cü il mayın 30-dan avqustun 12-dək Təhsil Nazirliyi Aparatının rəhbəri vəzifəsində çalışıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12 avqust 2013-cü il tarixli sərəncamı ilə təhsil nazirinin müavini təyin olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 aprel 2018-ci il tarixli sərəncamı ilə təhsil naziri təyin olunub.

Ölkə başçısının sərəncamı ilə  16 iyul 2020-ci il tarixli sərəncamı ilə Xarici işlər naziri təyin olunub

Evlidir, 2 övladı var.

Qafar Ağayev

Paylaş:
1010

Son xəbərlər

Bütün xəbərlər