Berlində Ermənistan səfirliyi qarşısında genişmiqyaslı etiraz aksiyası keçirilir - CANLI
Almaniya-Azərbaycan Alyansının və Almaniyadakı Azərbaycan Diaspor Təşkilatlarının Mərkəzi Əlaqələndirmə Şurasının təşəbbüsü ilə bu dəqiqələrdə Ermənistanın Berlindəki səfirliyinin binası qarşısında Almaniya paytaxtında yaşayan həmvətənlərimizin genişmiqyaslı etiraz aksiyası keçirilir.
1news.az xəbər verir ki, şəhərin hakimiyyət orqanları bu mitinqdə 200 nəfərin iştirakına icazə verib. Tədbirdə Vətənin səsinə hər dəqiqə cavab verməyə və Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin hər bir əmrini yerinə yetirməyə hazır olan həqiqi Azərbaycan vətənpərvərləri toplaşıblar.
Bu aksiyada iştirak etmək üçün gəlmiş, lakin pandemiya səbəbindən tədbirdə iştirak etməsinə icazə verilən insanların sayından çox olan daha 500 nəfər isə iştirakçıların əsas qrupunun toplaşdığı yerin yaxınlığında sıraya düzülərək əsas iştirakçılar qrupunun səsləndirdiyi şüarları onlarla birlikdə xorla təkrar edir.
Bu dəqiqələrdə Ermənistan səfirliyinin qarşısında baş verənləri təsvir etmək çətindir! Mitinq iştirakçılarının söylədiyi “Qarabağ Azərbaycandır!”, “Azərbaycan, biz səninləyik!”, “Ya Qarabağ, ya ölüm!”, “Qarabağ bizimdir, bizim olacaq!” şüarları yeri-göyü lərzəyə gətirir! Vətənpərvərlik hissləri qəlbimizi qürurla doldurur. Ermənistanın Berlindəki səfirliyi bu şüarların əks-sədasından silkələnir! Qoy pərdə arxasında gizlənmiş bədbəxt diplomatlar bu səsi eşitsinlər, qoy onlar satqın nasist Nikol Vardanovıç Paşinyanın meydandan baş nazir kürsüsünə hoppanmış nəvəsinə məruzə etsinlər: illər keçdikcə azərbaycanlılar, sizin ümidlərinizə rəğmən, Qarabağı nəinki unutmayıblar, hətta Vətənin azad edilməsi uğrunda canlarından belə keçməyə daha böyük əzmlə hazırdırlar!
Bu dəqiqələrdə Azərbaycan diaspor təşkilatlarının rəhbərləri həmvətənlərimizin qarşısında alovlu nitqlər söyləyirlər:
"Biz əminik ki, bu binanın daxilində gizlənmiş erməni diplomatlar indi əsəbi halda, titrəyə-titrəyə bütün bu nitqləri yazırlar, yanlarındakı külqabı isə siqaret kötükləri ilə doludur. Düzdür, oxuyun, anlayın: işğal müvəqqətidir, düşmən darmadağın ediləcək, biz qalib gələcəyik! Azərbaycanın bu qədər şanlı övladları var, ona görə sizə heç nə və heç kəs kömək etməyəcək!".
Qafar Ağayev