General Sadıkova qarşı irəli sürülmüş beş yalan ittiham – FOTO | 1news.az | Xəbərlər
Siyasət

General Sadıkova qarşı irəli sürülmüş beş yalan ittiham – FOTO

17:05 - 22 / 07 / 2020
General Sadıkova qarşı irəli sürülmüş beş yalan ittiham – FOTO

Necə deyərlər, “Dostunu göstər, deyim sən kimsən”.  Bu atalar misalı hazırda Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun şəxsi və işgüzar keyfiyyətlərini ləkələmək məqsədilə yönəlmiş kampaniyanı mükəmməl şəkildə açıqlayır.

Hər şeydən öncə qeyd edək ki, bu gün Nəcməddin Sadıkov döyüş generalıdır. Nöqtə!

Axı, indi o, yüksək vəzifə tutur və eyni zamanda Azərbaycanın xarici və daxili düşmənlərinin gözünə batır. Məhz indi onun haqqında, onun hərbi xidmətlərini ilə bağlı sadəcə Qarabağ müharibəsi veteranları və Azərbaycan ordusunun şəxsi heyəti deyil, həm də birbaşa Azərbaycanla əlaqəsi olmayan insanlar da bilirlər. Belə ki, hələ mayor ikən Sadıkovun şəxsi cəsarəti, qətiyyəti və Prezidentə göstərdiyi sədaqəti dillərdə dastan oldu.

O zamanlar, 1979-cu ildə heç kəsin tanımadığı Nəcməddin Sadıkov şərəfli yolunu bölük komandirindən başlayaraq, daha sonra batalyon və SSRİ Silahlı Qüvvələrində alay komandiri müavini vəzifəsinə qədər yüksəldi.

Yeri gəlmişkən, onu bu gün tənqid edənlərin çoxu Sadıkovun Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbini “Qızıl medal” ilə bitirdikdən sonra leytenant poqonlarını taxaraq Vətənin müdafiəsinə başladığı vaxtlarda hələ doğulmamışdılar.

Məhz, o, Dərbənddə (Rusiya Federasiyası) anadan olan həmin Sadıkovdur ki, indiki bir çox kabinet generalından fərqli olaraq, milliyyətinin azərbaycanlı olduğunu unutmamış və o dövrdə Rusiya Federasiyası ərazisində xidmət göstərməsinə baxmayaraq, 1992-ci ildə tarixi Vətəninə qayıdıb, əlinə silah alaraq əsl oğul kimi torpağını müdafiə edib.

Məhz o, həmin Nəcməddin Sadıkovdur ki, digərlərindən fərqli olaraq, SSRİ-nin ən nüfuzlu hərbi təhsil müəssisələrində aldığı ali hərbi akademik təhsili ilə öyünmədi və 1992-ci ildə 703-cü briqada komandiri təyin olunmasını minnətdarlıqla qəbul etdi.

Şəxsi mənəvi və komandanlıq keyfiyyətləri ilə Ağcakənd və Ağdərənin azad edilməsi istiqamətində bir neçə uğurlu hərbi əməliyyatlar həyata keçirən həmin Sadıkovdur.

Kimsə unudubsa, 1993-cü ildə müharibənin gərgin vaxtlarında hakimiyyəti ələ keçirmək üçün Bakıya istiqamətlənmiş, bir çox bölgələrin rəhbərləri, briqada və digər silahlı birləşmələrin komandirləri Surət Hüseynovun silahlı dəstəsi qarşısında başlarını əydiklərini xatırlatmaq faydalı olar. Ümummilli lider Heydər Əliyev xalqı silahlı üsyana son qoymağa və bütün səyləri Vətəni qorumağa yönəltməyə çağırdı.

Üsyanda iştirak etməyən və Heydər Əliyevin xalqa ünvanladığı tarixi müraciətə cavab verənlərin bəziləri Nəcməddin Sadıqovun "yetirmələri" - Goranboy-Tərtər istiqamətində yerləşdirilən birləşmələrdir. Surət Hüseynovun dəstəsini silahlarını yerə qoyaraq qanuna tabe olmağa məcbur edənlər məhz onun döyüşçüləri idi. Bu gün general rütbəsini daşıyanların çoxu öz xidmətlərini məhz Nəcməddin Sadıkovun tabeliyində başladılar.

1994-cü ildə Rövşən Cavadovun rəhbərlik etdiyi bir qrup müxalif düşüncəli OMONçular baş prokuror Əli Ömərovu girov götürərək "qərargahlarında" işgəncə verdikləri zamanı hər kəs xatırlayır. Axı, Rövşən və Mahir Cavadovlarla danışıqlar aparan Nəcməddin Sadıkov oldu, nəticədə Əli Ömərov girovluqdan azad edildi.  

Məhz o, 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində briqada, korpus komandiri, cəbhə komandirinin birinci müavini - cəbhə bölgəsinin sahə qərargah rəisi kimi xidmət edən həmin Nəcməddin Sadıqovdur. Və hələ də öz xalqına sədaqətlə xidmət edir. Məgər o, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda iştirak etməyib? Məgər öz döyüşçülərini hücuma aparan o deyil?

Suala cavab verin: planlarınızı həyata keçirmək üçün kimləri ilk növbədə yolunuzdan kənarlaşdırardınız? Cavab sadədir: təhlükəli birini, kim ki, qüvvətlidir, bilik və bacarıq sahibidirsə. Ofisdə oturmayaraq cəbhədə vuruşaraq xarizma, bilik, bacarıq sahibi və nüfuz qazanıbsa. Belə ki, özündən və tabeçiliyindən, qoşunların döyüş hazırlığına cavabdeh olan qərargah rəisindən tələb edən "ata komandiri" çıxartmaqla döyüş qabiliyyətli bir ordunu zəiflətmək olar. Bu gün bu, dəqiq müşahidə olunur: Nəcməddin Sadıkovun nüfuzuna xələl gətirmək və bununla da ordunu zəiflətmək cəhdi.

İndi, izninizlə, hər kəsin "ədalət uğrunda mübarizə aparan" olduğunu təsəvvür edən xırda ittihamları səsləndirək:

1.Nəcməddin Sadıkovu Ermənistan ordusunda general rütbəsində xidmət edən qardaşı ilə ittiham etməzdən əvvəl, bu xəyanətkar ittihamları sübut edən ən azı bir foto və ya sənəd dərc edin. Nəcməddin Sadıkovun uzun müddət əvvəl vəfat etdiyi yeganə qardaşı var idi və bu barədə indi danışmaq generala qarşı hörmətsizlikdir;

2.Tovuz istiqamətində gedən son döyüşlərdən sonra sensasiya pərəstişkarları Nəcməddin Sadıkovu koordinatları mərhum qardaşına göndərməkdə günahlandırdılar. Məlumunuz olsun ki, Baş Qərargah rəisinin vəzifəsi həyata keçirilən əməliyyatların müəyyən koordinatları və ya digər xüsusi təfərrüatların bilməsini nəzərdə tutmur.

Onun vəzifəsi əmr vermək və məruzələri almaqdır, çünki bütün əməliyyatlar qərargah vasitəsilə həyata keçirilir. Müvafiq qərarların qəbul edilməsi, onların icrası, mövqelərin koordinatları, atəş nöqtələrinin yeri və bu cür digər məlumatlar - hamısı aidiyyəti bölmələrin komandirlərinin səlahiyyətindədir!

3.Nəcməddin Sadıkov “Dağıstanın Milli Qəhrəmanı” adına layiq görülüb - Allah xatirinə, niyə də olmasın! Əminik ki, bu təkcə onun üçün deyil, bütün Azərbaycan üçün qürur mənbəyi olacaqdır! Bildiyiniz kimi, "Milli Qəhrəman" adına namizədliyin irəli sürülməsi ölkə Prezidenti tərəfindən şəxsən verilir. Bu vəziyyətdə Rusiya prezidenti. Təbii ki, belə bir tədbirin miqyasını nəzərə alsaq, təkcə Rusiyada deyil, bütün dünyada mediada geniş yer alacaq rəsmi bir mərasim olardı.

Bu qədər yüksək fəxri adın ən azı bir sənədli sübutunu göstərin! Dağıstan sakinlərinin və xüsusilə Nəcməddin Sadıkovun əziz olması, həmyerlilərinə hörmət etməsi nə ilə təəccüblüdür? Qazaxımız Səməd Vurğunla fəxr etmirmi? Lənkəran - Həzi Aslanovla? Qəbələ - Polad Həşimovla? Bu, normal deyil?

4.Xüsusilə onu ləzgi olmaqda ittiham edirlər. İnformasiya texnologiyaları əsrində belə bir şeyi gizlətmək olduqca çətin işdir. Bilməyənlər üçün: atası - Sadıqov Hüseyn Məmməd oğlu, bir vaxtlar Azərbaycan ərazisinin bir hissəsi olan Dərbənd ərazisində yaşayan etnik azərbaycanlıdır. Heç olmazsa, "Dədə Qorqud dastanını" oxuyun. Nəcməddin Sadıkovu “qeyri-azərbaycançılıq” da ittiham edənlər Azərbaycan kimi çoxmillətli tolerant dövlətdə millətçilik məsələsini qaldırmadan əvvəl iki dəfə düşünməlidirlər.

Milliyyətindən və etnik mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin vətəndaşları eyni hüquqlara malikdirlər. Konstitusiya və qanun qarşısında hamımız bərabərik. Ləzgilər əsrlər boyu bu torpaqlarda yaşayan çoxsaylı milli azlıqlardan biridir. Ləzgilər, avarlar, ruslar, yəhudilər, ukraynalılar Azərbaycanın suverenliyi üçün qanlarını tökmədilərmi?

Bu, milliyyətcə rus Yuri Kovalyov, yəhudi Albert Aqarunov, ukraynalı Ruslan Polovinko, ləzgi Çingiz Qurbanovdur! Küçələr, meydanlar və istirahət parkları bu qəhrəmanların adını daşıyır. Onların abidələri respublikanın bir çox şəhərində ucaldılıb. Bu əsl vətənpərvərlik, Vətən qüruru deyilmi?

5.Onun Azərbaycan dilini bilməməsi. Orduda xidmət edənlər çox yaxşı bilir ki, general öz ana dilini bilir və ana dilində danışır. Eyni zamanda, bu adamla ünsiyyətdə olanlar yaxşı bilirlər ki, rus dilində təhsil almış general “yanlış anlaşılmamaq üçün ya düzgün və səriştəli danışmağı, ya da susmağı” üstün tutur.

Təkcə Azərbaycanda deyil, ölkə xaricində də hörmətli bir insan, hərbi generala böhtan atmadan  əvvəl iki dəfə düşünün, çünki təhrikçilərinizin təhvil hesabına tökdüyünüz palçığın izi sabah əlinizdə qalacaq. Və o zaman nə edəcəksiniz?

Tərcümə: S.Xankişiyeva

Paylaş:
4780

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər