Xələf Xələfov: Ermənistan dünya ictimaiyyətinin diqqətini yayındırmaq üçün iyrənc addımlar atmağa başlayıb

"İndiki Ermənistan rejimi hərbi meydanında iflas olduqdan sonra azərbaycanlılara qarşı daha aqressiv addımlar atmağa başlayıb. Erməni icmasının çox yaşadığı şəhərlərdə ayrı-ayrı şəhərlərdə azərbaycanlılara hücumlar təşkil olunur" .
1news.az xəbər verir ki, bunu Xarici işlər nazirinin müavini Xələf Xələfov bu gün keçirilən mətbuat konfransında deyib:
"Belə aksiyalar, Vaşinqtonda, Los Angelesdə, Varşavada, Parisdə, Stokholmda və dünyanın digər şəhərlərində belə aksiyalar oldu. Mahiyyət ondan ibarətdir ki, indiki Ermənistan rejimi bütün Azərbaycana qarşı təcavüzün genişləndirilməsi istiqamətində artığı addımların iflas olunmasından sonra dünya ictimaiyyətinin bu problemin həll olunması istiqamətində atdığı addımları yayımlandırmaq üçün bu cür iyrənc, məkrli addımlar atmağa başlanılıb".
X. Xələfov bildirib ki, dünyanın əksər ölkələrində vətənpərvər azərbaycanlılar iştirak edirdi, onlar dinc aksiyalarla Ermənistanın işğalçı siyasətinə qarşı etirazlarını bildirirdilər:
"Ermənilər tərəfindən isə aksiyalarda radikal erməni qruplaşmaları Azərbaycana aid olan binalara, Azərbaycan etnik mənsubiyyətindən olan insanlara hücumlar edirlər. Ermənilərin bu hücumlarını, iyrənc addımlarını mətbuatdan, sosial şəbəkələrdərdən də hamı gördü".
Qafar Ağayev