Fuad Hüseynzadə: Ermənilər soydaşlarmıza hücum etməklə mənfur simalarını bir daha nümayiş etdirdilər | 1news.az | Xəbərlər
Siyasət

Fuad Hüseynzadə: Ermənilər soydaşlarmıza hücum etməklə mənfur simalarını bir daha nümayiş etdirdilər

16:33 - 24 / 07 / 2020
Fuad Hüseynzadə: Ermənilər soydaşlarmıza hücum etməklə mənfur simalarını bir daha nümayiş etdirdilər

Xaricdə yaşayan soydaşlarımız dövlətimizə və ordumuza dəstək olduqlarını göstərdilər. Biz bir daha şahidi olduq ki, azərbaycanlılar harada yaşamaqlarından asılı olmayaraq vətınlə nəfəs alır və Qarabağ uğurunda savaşa hazırdır.

Bunu 1news.az-a açıqlamasında Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin (DFJD) sədri Fuad Hüseynzadə deyib. Onun sözlərinə görə, soydaşlarımız etiraz aksiyaları ilə dünya azərbaycanlıları birlik, həmrəylik nümayiş etdirdilər:

“Ermənistan zaman-zaman Azərbaycan sərhədlərində təxribatlar törədiblər. 12 iyulda Tovuz istiqamətində növbəti təxribata əl atdılar. Ermənilərin bu terrorist əməlləri cavabsız qalmadı. Azərbaycan ordusu onların lazımı cavblarını verdi. Eyni zamanda dünya azərbaycanlıları Ermənistanın bu təxribatına səssiz qalmadı. Müxtəlif ölkələrdəki soydaşlarımız beynəlxalq təşkilatlara bəyanatlar yaydılar, eyni zamanda Ermənistanın xarici ölkələrdəki səfirlikləri qarşısıda etiraz aksiyaları keçirdilər. Bütün bunlarlar soydaşlarımız dövlətimizə və ordumuza dəstək olduqlarını göstərdilər. Biz bir daha şahidi olduq ki, azərbaycanlılar harada yaşamaqlarından asılı olmayaraq vətınlə nəfəs alır və Qarabağ uğurunda savaşa hazırdır. Belə etiraz aksiyaları ilə dünya azərbaycanlıları birlik, həmrəylik nümayiş etdirdilər”.

Soydaşlarımız tərəfindən bütün bu tədbirlərin icazəli şəkildə həyata keçirildiyini deyən Birlik rəhbəri bildirib ki, ermənilər soydaşlarımızın dinc şəkildə keçirdikləri etiraz aksiyalarında güc tətbiq etməklə mənfur simlarını nümayiş etdirdilər:

“Soydaşlarımız tərəfindən bütün bu tədbirlər icazəli şəkildə həyata keçirilib. Lakin ermənilər hər zaman ki kimi öz təxribatlarını davam etirdilər və barbarlıqlarını göstərdilər. Biz onların bu barbar simlarını Los-Anceles, Brüssel və digər şəhərlərdəki son hadisələrdə bir daha gördük. Soydaşlarımızın dinc şəkildə keçirdikləri etiraz aksiyalarında güc tətbiq etdilər. Və bir neçə həmvətənimizə xəsarət yetirdilər. Bununla yanası, qeyri-etik ifadələr işlədərək mənfur simlarını bir daha göstərdilər”.

F.Hüseynzadə ermənilərin bu cür aqressiv davranışını Ermənistanın Tovuz döyüşündə uduzması və ABŞ Konqresinin Dağlıq Qarabağla bağlı qanun qəbul etməsi ilə əlaqələndirib:

“Ermənistanın Tovuz döyüşündə uduzması və ABŞ Konqresinin Dağlıq Qarabağla bağlı qanun qəbul etməsi ermənilərdə qıcıq yaradıb. Məhz buna görə də ermənilər xüsusən ABŞ-da kütləvi şəkildə küçələrə çıxaraq azərbaycanlılara öz aqressiyalarını göstərdilər. Artıq Qarabağ həqiqətlərinin xaricdə yayılması üçün diaspor üçün yeni cəbhə yaranıb. Düşünürəm ki, ermənilərə qarşı qanun çərçivəsində mübarizə aparmaq lazımdır. Atılan hər bir addın düşünülmüş və planlı olmalıdır. Xaricdə Azərbaycan, eləcə də Qarabağ həqiqətlərinin təbliğ olunması üçün yeni taktiki yollar tapılmalıdır”.

Qafar Ağayev

Paylaş:
1360

Son xəbərlər

Bütün xəbərlər