Qızılın qiyməti tarixi maksimumuna yaxınlaşdı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Qızılın qiyməti tarixi maksimumuna yaxınlaşdı

17:50 - 25 / 07 / 2020
Qızılın qiyməti tarixi maksimumuna yaxınlaşdı

Qızılı qiyməti cümə günü axşam saatlarında 2011-ci ilin sentyabrından bu yana ilk dəfə bir unsiya üçün 1900 dollar həddini keçib və tarixi maksimuma yaxınlaşıb.

1news.az oxu.az-a istinadən bildirir ki, Nyu-Yorkun "Comex" birjasında qızılın avqust fyuçersinin qiyməti 0.74 faiz və ya 13.35 dollar qalxaraq, bir troy unsiyası üçün 1902.95 dollara bərabər olub.

Beləliklə göstərici 2011-ci ilin sentyabrında qeydə alınmış tarixi maksimuma (1 unsiya üçün 1911.6 dollar) yaxınlaşıb.

1news.az

Paylaş:
1068

Son xəbərlər

Bütün xəbərlər