Azərbaycanda 22 kollektor və suvarma kanalı yenidən qurulacaq | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanda 22 kollektor və suvarma kanalı yenidən qurulacaq

17:11 - 27 / 07 / 2020
Azərbaycanda 22 kollektor və suvarma kanalı yenidən qurulacaq

Azərbaycanda 22 kollektor və suvarma kanalı yenidən qurulacaq.

1news.az-ın verdiyi xəbərə görə, bu, Prezident İlham Əliyevin 27 iyul 2020-ci tarixli sərəncamı ilə təsdiq edilən “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”nda qeyd edilib.

Sənədə əsasən, “Azmelsutəsərrüfat” ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi 2020-2021-ci illərdə su itkilərinin azaldılması və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə Baş Muğan kanalı, Boztəpə kanalı,  Rəsularx kanalı, Qızılarx kanalı, Yeni Cənubi Muğan kanalı, Köhnə Cənubi Muğan kanalı, Yeni Cənubi Muğan kanalının maşın qolu, Sabir kanalı, Aşağı Muğan kanalı, Akuşa kanalı, Türyançay Sağ Sahil kanalı, Türyançay Sol Sahil kanalı, Xanarx kanalı, Tərtərçay Sol Sahil kanalı, P-O kanalı, Köhnə Xanqızı kanalı, ÇTZ kanalı, Qızlıq kanalı, R-15 kanalı, Yuxarı Zeyxur kanalı, Bəhrəmtəpə hidroqovşağı və Mil-Qarabağ kollektorunun yenidən qurulması üçün texniki-iqtisadi əsaslandırma hazırlanacaq və layihələndirmə həyata keçiriləcək.

S.Xankişiyeva

 

 

 

Paylaş:
1211

Son xəbərlər

Bütün xəbərlər