Ermənilərə qarşı milli həmrəylimizə qənim kəsilənlər: birliyimizi kimlər istəmir? - TƏHLİL | 1news.az | Xəbərlər
Siyasət

Ermənilərə qarşı milli həmrəylimizə qənim kəsilənlər: birliyimizi kimlər istəmir? - TƏHLİL

17:50 - 27 / 07 / 2020
Ermənilərə qarşı milli həmrəylimizə qənim kəsilənlər: birliyimizi kimlər istəmir? - TƏHLİL

İyulun 12-də işğalçı Ermənistanın hərbi birləşmələrinin Azərbaycanın Tovuz istiqamətindəki sərhəd ərazilərinə xaincəsinə hücumundan və ordumuzun düşmənə layiqli cavabından sonra iki ölkə arasında vəziyyət xeyli gərginləşdi.

Bir neçə gün davam edən şiddətli döyüşlər nəticəsində Ordumuz düşmən təxribatının qarşısını layiqincə alaraq onu geri çəkilməyə məbur etdi. Minlərlə azərbaycanlı orduya dəstək aksiyaları keçirərək əsgər və zabitlərimizin yanında olduqlarını, hər an silaha sarılaraq Qarabağ uğrunda döyüşməyə hazır olduqlarını bildirməklə bir daha güclü milli birlik və həmrəylik nümayiş etdirdi.

Ordumuzun qarşısında duruş gətirə bilməyən Ermənistan rəhbərliyi hər zamankı kimi havadarlarından kömək istəmək məcburiyyətində qaldı. Ardınca isə Tovuzda istədiyini əldə edə bilməyən rəsmi İrəvan xarici ölkələrdəki lobbisini hərəkətə keçirərək Azərbaycan əleyhinə aksiyalar təşkil etməyə başladı. Məqsəd diqqəti Tovuzdakı məğlubiyətdən yayındırmaq, dünyanın gözündə Azərbaycanı işğalçı, qəddar dövlət kimi qələmə vermək idi. Təbii ki, onların bu addımı cavabsız qala bilməzdi.

Dərhal xarici ölkələrdə yaşayan soydaşlarımız, diaspor təşkilatlarımız dövlətimizin müdafiəsinə qalxdılar. Onlar dünyanın bütün dövlətlərində möhkəm milli birlik və həmrəylik nümayiş etdirdilər. Dünyanın hər bir nöqtəsində soydaşlarımız dinc aksiyalar, yürüşlər keçirərək Azərbaycanın haqq sözünü və erməni təxribatını dünya ictimaiyyətinin diqqətinə çatdırmağa başladılar.

Soydaşlarmızın xarici ölkələrdəki dinc aksiyalarında erməni təxribatı

Azərbaycan xalqının istər cəbhə bölgəsində, istərsə də bütün dünyada yekdillik nümayiş etdirməsindən bərk qıcıqlanan, ifşa olunmalarını həzm edə bilməyən radikal ermənilər həmin aksiyalarda da təxribatlar törətməkdən çəkinmədilər. Los-Ancelesdəki konsulluğumuzun qarşısında dinc aksiya keçirən soydaşlarımız onlardan dəfələrlə çox olan radikal ermənilərin hücumuna məruz qaldılar.

ABŞ polisinin ərazidə təhlükəsizliyi qorumasına baxmayaraq, onlar erməni vəhşiliyin qarşısını ala bilmədi. Həmin hücum zamanı aralarında bir qadının da olduğu bir neçə soydaşımıza ciddi xəsarət yetirildi. Bununla da ermənilər necə qəddar, vəhşi bir millət olduqlarını bütün dünyaya bir daha nümayiş etdirmiş oldular.

Qeyd edək ki, ermənilərin iyulun 19-da  paytaxt Vaşinqtonda Azərbaycan səfirliyinin önündə təşkil etdikləri aksiya da fiyaskoya uğramışdı. Onlar həmyerlilərimiz tərəfindən susdurulduqdan sonra aksiyanı dayandırmalı olmuşdular. Eləcə də, ABŞ Konqresində ermənilərə növbəti zərbənin dəyməsi onları daha da aqrressivləşdirmişdi.

Los-Ancelesdə ermənilərin aksiyasına etiraz edən və “Qarabağ Azərbaycandır”, ”Ermənistan aqresiyasına son”, ”Uşaq qatili Ermənistan” şüarları səsləndirən həmyerlilərimizə qarşı erməni zorakılığı onların bir daha zorakı,vandal və təxribatçı olduqlarının sübutudur.

Daha sonra Paşinyan hakimiyyəti digər ölkələrdə də soydaşlarımıza qarşı yeni təxribat və terror dalğası başlatdı. Ermənilər Los-Ancelesdən sonra Avropanın bir sıra ölkələrində də təxribatlara əl ataraq azərbaycanlılara qarşı etnik terror törətməyə çalışdılar.

İyulun 23-də Belçikanın paytaxtı Brüsseldə bir neçə erməni gənc təxribat törədərək azərbaycanlı gənclərə hücum etdilər. Onlar həmyerlilərmizə qarşı fiziki zorakılıq göstərərək, Azərbaycan xalqını təhqir etdilər.

Tanınmış satirik yazar Mirzə Sakitin oğlu Cahandar da aksiya zamanı ermənilər tərəfindən döyülüb. O, bu barədə oğlunun fotosunu sosial şəbəkədə paylaşaraq bildirib. Bundan əvvəl isə “REAL TV”nin əməkdaşı Xatirə Sərdarqızı da Belçikada ermənilərin hücumuna məruz qalmış, başından yaralanmışdı.

Həmçinin Böyük Britaniya, Polşa, Niderland, Fransa və Rusiyada da vətəndaşlarımıza qarşı hücumlar təşkil olunub, onlara xəsarətlər yetirilib. Maşınlar əzilərək aşırdılmağa cəhd edilib, səfirliyin binalarına ziyan vurulub.

Aksiyalarda ermənilərə məxsus terrorçu təşkilatların üzvlərinin olması da xüsusi qeyd edilməlidir. 120 ildən artıq yaşı olan erməni terror təşkilatı ASALA və digərlərinin də fəallaşması diqqətdən yayınmadı.

Aydın məsələdir ki, ermənilərin törətdiyi bu son təxribatlar sıradan, yəni hansısa emosiyadan doğan, qəfildən, birdən alınan hadisələr deyil. Ermənilər bu kimi təxribatlarla azərbaycanlıları Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın son hərbi təxribatları haqqında həqiqətləri dünya ictimayətinə çatdırmaq üçün istifadə etdikləri dinc yollaradan çəkindirmək, dinc aksiya iştirakçılarını provakasiyaya çəkərək ölkəmizin imicini zədələmək, Azərbaycanın Dağlıq Qarabağla bağlı apardığı siyasətini başqa müstəviyə çəkmək, əsas hədəflərdən yayındırmaq kimi məqsədlər güdülür.

Erməni düşmənçiliyinin tarixi: soyqırımı, terror

Ermənilərin bizə qarşı düşmənçiliyinin haradan qaynaqlandığını və necə qəddar bir düşmənlə üz-üzə olduğumuzu anlamaq üçün tarixə qısa nəzər salaq. 

Məlum olduğu kimi, ermənilər Cənubi Qafqaza çar Rusiyası zamanında köçürülüblər. 1828-ci ildə Rusiya ilə İran arasında imzalanmış “Türkmənçay” müqaviləsinin nəticəsi olaraq 40.000 erməni Azərbaycanın müxtəlif ərazilərində məskunlaşdırıldı. 1829-cu ilin “Ədirnə” sülhünün nəticələrinə görə isə, Osmanlı İmperiyası ərazilərində yaşayan 90.000 erməni də Azərbaycanda yerləşdirildi. Onlar əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarında məskunlaşdırıldılar. Çünki rus imperiyasının hakim dairələri Cənubi Qafqazda yeritdikləri müstəmləkə siyasətində ermənilərə çox bel bağlayırdılar.

Bütün bəlalarımız da ermənilərin Qafqaza, daha doğrusu Azərbaycan ərazilərinə köçürülməsindən sonra başladı. Azərbaycan torpaqlarında özlərinə dövlət yartmağı qarşılarına məqsəd qoyan ermənilər 1905-ci və 1918-ci illərdə xaqımıza qarşı soyqırımları, qırğınlar törətdilər. 1918-ci ilin may ayında İrəvan xanlığınn ərazisinin ermənilərə verilməsi ilə onlar bu məqsədlərinə çatmış oldular. Sovet hakimiyyəti dövründə Zəngəzur, Dərələyəz, Göyçə mahalı, Qazax, Laçın, Qubadlı, Kəlbəcər rayonlarının bir hissəsi ermənilərə verildi.

Getdikcə daha çox azğınlaşan ermənilərin Dağlıq Qarabağı da ələ keçirmık istəyi hələ də davam edən müharibəyə səbəb oldu. İstədiklərinə nail olmaq üçün ən çirkin və qədddar üsullardan istifadə etməkdən belə çəkinməyən ermənilər xalqımıza qarşı terror aktları törədib ki, bu terror aktları nəticəsində onlarla dinc soydaşımız həyatını itirib. Ermənilər bizə qarşı mənfur, terrorçu, qəddar siyasətlərini bu gün də davam etdirirlər.

Adı milli olan anti-milli ünsürlər

Göründüyü kimi, biz çox qəddar və hiyləgər bir düşmənlə qarşı-qarşıyayıq. Belə bir düşmənlə mübarizə aparmağın yeganə yolu isə həmrəy olub bir övqedən çıxış etməkdir. Təəssüf ki. heç də ahmı belə düşünmür. Hər kəsin ermənilərə qarşı birləşdiyi, həmrəylik nümayiş etdirdiyi bu günlərdə “milli şura” ətrafında yığışan antimilli ünsürlərin əks mövqedə dayandıqlarının bir daha şahidi oluruq.

ABŞ-da yaşayan jurnalist Sevinc Osmanqızının son günlər baş verən hadisələrlə bağlı söylədiyi fikirlər bir çoxlarının hiddətinə səbəb oldu. Osmanqızına görə, ermənilər səfirliklərin qarşısında etiraz aksiyası keçirməkdə haqlıdır, amma bizimkilər səfirliklərin qabağına toplaşıb “biz də varıq” deyəndə haqsızdır. O günahı döyənlərdə yox, döyülənlərdə görür.

Arif Məmmədov, Vidadi İsgəndərli kimi xaricdən nicat uman insanların çıxışları da qəzəblə qarşılandı.

Sabiq səfir Arif Məmmədov “ermənilərin heç bir günahı yoxdur, baş verənlərin yeganə günahkarı Azərbaycanın xüsusi xidmət orqanlarıdır” deməklə özünün kimə xidmət etdiyini açıq nümayiş etdirdi. O iddia edir ki, guya bir sıra ölkələrdə azərbaycanlılarla ermənilər arasındakı münaqişənin səbəbkarı Azərbaycan hökumətidir və bununla hazırkı rəhbərlik daxili problemlərdən fikirləri yayındırmağa çalışır.

Vidadi İsgəndərli isə “ermənilər bizə nə ziyan vurub ki? Bu gün Fransa müharibəyə başlasa Fransa ordusunun sıravi əsgəri olmağa hazıram, ancaq Qarabağda döyüşmərəm” deməklə iç üzünü bir daha göstərib.

Düzü onların ermənilərə etiraz etmək, onları tənqid və ifşa etmək əvəzinə xaricdə azərbaycanlıların Ermənistanın işğalçılıq siyasətinin əleyhinə olan aksiyalarını xuliqanlıq, quldirluq, vətənşüvənlik kimi qələmə vermələri, baş verənlərdə Azərbaycan hakimiyyətini müqəssir bilməsi, eyni zamanda xaricdəki diaspor təşkilatlarımızı və səfirliklərimizi günahlandırmaları anlaşılan deyil. Bu şəxslər azərbaycanlıların vətənpərvərlik  aksiyasını ləkələməyə, onun mahiyyətini təhrif etməyə çalışır, bununla sanki ermənilərin cinayətkar əməllərinə bəraət qazandırmağa cəhd edirlər.

Necə  ola bilər ki, adı çəkilən şəxslər eyni tezislərdən ibarət bəyanatları eyni anda  verməyə başladılar? Çıxışlardakı cümlələr də eyni idi və bu fakt onların vahid mərkəzdən idarə edildiyini deməyə əsas verir. Dünənə  qədər özlərini “vətən fədaisi”, “demokratiya uğrunda savaşan qəhrəman” kimi təqdim edənlər açıq və aydın anti-Azərbaycan, erməni mövqeyindən çıxış etdilər və Ermənistan mətbuatı və siyasi dairələri bundan geniş istifadə etməyə, milli maraqlarımıza zərbələr vurmağa başladılar.

Müqayisə üçün bildirək ki, Nikol Paşinyana qarşı ən sərt mübarizə aparan erməni blogerlər və xaricdə yaşayan siyasi mühacirlər öz dövlətlərinə qarşı bircə kəlmə belə demədilər, əksinə, Azərbaycana nifrət dalğasında hər kəsi birliyə səslədilər. 

Bu gün bütün  dünyada azərbaycanlıların Qarabağ uğrunda ədalətli savaşı gedir və müxtəlif ölkələrdə yaşayan, müxtəlif millətlərdən olan insanlar Azərbaycana dəstək verir, ermənilərin terroru ilə bağlı verilişlər hazırlayır, adları çəkilən “demokratiya fədailəri” isə əllərindəki media, sosial şəbəkə resurslarını soydaşlarımızın tribunasına çevirmək, haqq davasına qoşulmaq əvəzinə baş verənlərin əsas günahkarı kimi özümüzü göstərirlər.

Artıq bütün dünya başa düşür ki, təxribatçı, cinayətkar məhz ermənilər və Ermənistandır. Bircə qaldı bunu xaricdəki anti-milli ünsürlərin də başa düşməsi. Xalq artıq həqiqətləri dərk edir və sosial şəbəkələrdə erməniləri dəstəkləyən şəbəkəyə edilən etirazlar da bunu sübut edir.

1news.az

Paylaş:
1060

Son xəbərlər

Bütün xəbərlər