Bakı və bir neçə rayonda su olmayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı və bir neçə rayonda su olmayacaq

13:41 - 28 / 07 / 2020
Bakı və bir neçə rayonda su olmayacaq

Yağıntı və dağ çaylarında baş verən daşqınlar səbəbindən Kür çayında bulanıqlığın səviyyəsi artdığından Kür sutəmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırılıb.

"Azərsu" ASC-dən verilən məlumata görə, bununla əlaqədar gün ərzində Şirvan və Hacıqabul şəhərlərinə, Hacıqabul rayonunun Kür-Bakı magistral kəmərindən qidalanan kəndlərinə, həmçinin Bakının Qaradağ, Səbail və Binəqədi rayonunun bəzi ərazilərinə içməli suyun verilməsində müəyyən məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

1news.az

Paylaş:
494

Son xəbərlər

Bütün xəbərlər