Deputat Şahin Seyidzadə tərəfindən növbəti onlayn qəbul keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Deputat Şahin Seyidzadə tərəfindən növbəti onlayn qəbul keçirilib – FOTO

16:19 - 29 / 07 / 2020
Deputat Şahin Seyidzadə tərəfindən növbəti onlayn qəbul keçirilib – FOTO

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Şahin Seyidzadə tərəfindən seçiciləri ilə iyul ayı ərzində ikinci videoformatlı qəbul keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Millət vəkili öz “Facebook” səhifəsində paylaşım edib.

“50 saylı Abşeron-Qobustan seçki dairəsinin sakinləri ilə növbəti videoqəbul keçirildi. 29 iyul tarixində Abşeron (Ceyranbatan, Hökməli, Saray qəsəbələri və Novxanı kəndi) və Qobustan (Qobustan şəhəri, Ərəbşahverdi, Nabur, Xilmilli və Yekəxana kəndləri) rayonlarından infrastruktur, kommunal, məşğulluq, hüquq, sosial müavinət kimi mövzular üzrə 13 seçicimizlə videoformatda görüş keçirdik. Bəzi müraciətlər haqqında artıq ilkin araşdırılmalar aparıldığı üçün seçicilərimizə müvafiq məlumatlandırma və istiqamətləndirmə verilmişdir. Növbəti addımların həyata keçirilməsi üçün müraciətlər haqqında ətraflı məlumatların emal edilməsi davam etdirilməkdədir”.

Mövzu ilə əlaqədar oxuyun:

Millət vəkili fəaliyyət dövrünə dair hesabat təqdim edib

S.Xankişiyeva

Paylaş:
890

Son xəbərlər

Bütün xəbərlər