Azərbaycan-Türkiyə birgə genişmiqyaslı hərbi təlimləri başlayır | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı hərbi təlimləri başlayır

10:56 - 29 / 07 / 2020
Azərbaycan-Türkiyə birgə genişmiqyaslı hərbi təlimləri başlayır

Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq bu gündən ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinə start verilir.

1news.az xəbər verir ki, birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib.

Plana əsasən, təlimlər hərbi aviasiya vasitələrinin iştirakı ilə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində, avqustun 1-dən 5-dək isə quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda keçiriləcək.

1news.az

Paylaş:
964

Son xəbərlər

Bütün xəbərlər