Nazir: 2020-ci ilin 6 ayının nəticələrinə əsasən dövlət büdcəsinin xərcləri 107 milyon manat artıq icra olunub
Ötən 6 ay ərzində Azərbaycanda sosial-iqtisadi vəziyyət ətraflı müzakirə edilib. Bu müddət ərzində 2020-ci ilin dövlət büdcəsinin icarasında olduqca müsbət dinamika müşahidə olunub.
1news.az-ın Trend-ə istinadən məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən iclasında 2020-ci ilin dövlət büdcəsinə dəyişikliklərin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, dövlət büdcəsində nəzərdə 58 milyon profisit proqnozlaşdırılsa da hazırda profisit 292 milyon manat təşkil edir. Onun sözlərinə görə, bu da əsasən fiskal orqanlar, o cümlədən Dövlət Vergi Xidməti, Dövlət Gömrük Komitəsi tərəfindən daxil edilən mədaxil hesabına baş verib. Nazir bildirib ki, 6 ayın nəticələrinə əsasən dövlət büdcəsinin xərcləri 107 milyon manat artıq icra olunub.
1news.az