Milli Şuranın növbəti qeybətxana şousu: ABŞ-da başladılar, inəkdə qurtardılar – VİDEO
AXCP və “Milli Şura”nın növbəti qeybətxana şousunun videogörüntüləri yayılıb.
1news.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videogörüntülərdən də göründüyü kimi, Şura üzvlərinin növbəti seriyasında amerikansayağı Cəmil Həsənli xalqı aşağılayıb. Əli Kərimlinin blokada şousu növbəti dəfə ifşa edilib.
Söhbətə hal-əhvalla başlayan iclas iştirakçılarından Vidadi Mirkamalın Cəmil Həsənlidən ABŞ-dakı vəziyyəti soruşmasına C.Həsənli özünüməxsus şəkildə cavab verib: “Cəmil müəllim, orada necədi vəziyyət, karantin necədi, amerikalılar necə gözləyirlər bəs karantin qaydalarını, karantin yoxdu bəyəm onlarda?”
Cəmil Həsənli: “Var, sadəcə bizimkilərdən fərqli olaraq buradakı adamlar özləri şüurludurlar”.
Vahid Məhərrəmli istirahətdə olan Kərimlinin adından cəbhəçi və milli şuraçıların trolluq fəaliyyətini yüksək qiymətləndirir: “Bir az bundan qabaq Əli bəylə əlaqə saxladım, vəziyyəti yaxşıdı, deyir istirahət eləyirəm, ümid edir ki, biz sosial şəbəkələrdə komanda kimi daha yaxşı işləyəcəyik. Sağ olun ki, siz də, cəbhəçilər də Əli Kərimlinin müsahibələrindən, sözlərindən kəsib ayrıca statuslar yazdız, plakatlar təşkil olundu. İndi orada kimin statusuna nə qədər layk gəldi-gəlmədi, bu, elə də əhəmiyyətli deyil, əsas odu yazdıq”.
Göründüyü kimi, budəfəki iclas da digərləri kimi çox “ciddi” və “səviyyəli” keçib...
Həmin videonu təqdim edirik.
1news.az