İlham Əliyev DSX-nin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev DSX-nin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb

13:55 - 17 / 08 / 2020
İlham Əliyev DSX-nin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

“general-leytenant” hərbi rütbəsi

general-mayor Araz Məmməd oğlu Məmmədova

general-mayor Firuz Böyükağa oğlu Şirin-zadəyə

general-mayor Niyaməddin Məhərrəm oğlu Tağıyevə

“general-mayor” hərbi rütbəsi

polkovnik Aqşin Ramiz oğlu Məhərrəmova

polkovnik Müzəffər Ələsgər oğlu Pirizadəyə.

S.Xankişiyeva

 

Paylaş:
801

Son xəbərlər

Bütün xəbərlər