Kamran Məcidov Xalq Bankın İdarə Heyətinin Sədri təyin edildi | 1news.az | Xəbərlər
İqtisadiyyat

Kamran Məcidov Xalq Bankın İdarə Heyətinin Sədri təyin edildi

18:15 - 17 / 08 / 2020
Kamran Məcidov Xalq Bankın İdarə Heyətinin Sədri təyin edildi

ASC “Xalq” Bankı Səhmdarlarının Ümumi Yığıncağının iclasında Bankın İdarə Heyəti sədrinin birinci müavini Kamran Nazim oğlu Məcidov Xalq Bankın İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. Uzun illər İdarə Heyətinin sədri vəzifəsində çalışan Elxan Muradxan oğlu Ağayev Bankın Müşahidə Şurasının üzvü seçilib.

Kamran Nazim oğlu Məcidov 1982-ci il iyun ayının 29-da Bakı şəhərində anadan olub. 2002-ci ildə Xəzər Universitetinin Maliyyə və Kredit fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2005-2007-ci illərdə Norvec Biznes Ali Məktəbində (Norwegian Business School, BI) təhsil alaraq Maliyyə və iqtisadiyyat ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. 2007-2010-cu illərdə Xəzər Universitəsində Maliyyə Menecmenti fənni üzrə mühazirələr oxuyub. 2014-2015-ci illərdə ABŞ-ın Harvard Universitetinin (Harvard Business School) “Executive Education” proqramları çərçivəsində “İdarəetmə və Menecment üzrə təkmilləşdirmə kursu”nu (Program for Leadership Development) bitirərək həmin universitetin məzunu statusunu qazanıb.

Əmək fəaliyyətinə 2002-ci ildən etibarən bank sektorunda başlayıb. Ölkənin aparıcı banklarında müxtəlif vəzifələrdə fəaliyyət göstərib. 2008-ci ildən Xalq Bankda çalışır. Ailəlidir, iki övladı var.

1news.az

Paylaş:
2232

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər