Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib

20:51 - 22 / 08 / 2020
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib

Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, dövlətimizin başçısı Türkiyənin Qara dənizdə böyük təbii qaz yatağı kəşf etməsi münasibətilə təbriklərini çatdırıb, bu önəmli hadisənin dost və qardaş Türkiyə xalqının rifah halının daha da yaxşılaşdırılması və ölkənin iqtisadi gücünün daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əmin olduğunu bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, Türkiyə artıq beynəlxalq qaz mərkəzlərindən birinə çevrilib və Azərbaycan Türkiyənin uğurlarına öz uğurları kimi sevinir.

Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyini vurğulayaraq əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.

S.Xankişiyeva

 

Paylaş:
869

Son xəbərlər

Bütün xəbərlər