ABŞ Azərbaycana maliyyə yardımı edəcək - MƏBLƏĞ | 1news.az | Xəbərlər
İqtisadiyyat

ABŞ Azərbaycana maliyyə yardımı edəcək - MƏBLƏĞ

16:38 - 24 / 08 / 2020
ABŞ Azərbaycana maliyyə yardımı edəcək - MƏBLƏĞ

ABŞ Azərbaycanda COVID-19 pandemiyasının iqtisadi təsirlərinə cavab vermək üçün əlavə 1,47 milyon dollar yardım edəcək.

ABŞ səfirliyindən 1news.az-a verilən məlumata görə,ABŞ hökuməti, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və Dövlət Departamenti vasitəsi ilə Azərbaycana COVİD-19 pandemiyasının təsirlərinə cavab verməsi üçün əlavə 1,47 milyon dollar yardım edəcək.

Azərbaycan hökümətinə məsləhət xidmətləri və kiçik və orta kənd təsərrüfatı və aqroturizm müəssisələrinə pandemiyanın yaratdığı çətinliklərin öhdəsindən gəlmək məqsədilə texniki yardım göstərmək üçün USAID-in Şəxsi Sektor Fəaliyyətinə əlavə 1 milyon dollar ayrılacaqdır.

Ayrıca, Dövlət Departamentinin ayırdığı məbləğin 471 000 ABŞ dolları, pandemiyadan əziyyət çəkən miqrantlar üçün sığınacaq, qida və tibbi və sosial xidmətlərdən istifadə təmin edəcəkdir.

ABŞ səfiri Li Litzenberger qeyd etdi ki: “COVID-19 pandemiyası və onun yayılmasına nəzarət səyləri ABŞ-da, Azərbaycanda və dünyada kiçik və orta biznes üçün çətinliklər yaratdı. Amerika xalqının verdiyi bu əlavə maliyyə vəsaiti Azərbaycanda kiçik və orta biznes sahiblərinə və onların işçilərinə böhrandan çıxmaqda və uğur qazanmaqda kömək edəcəkdir. Biz Azərbaycan xalqının bilməsini istəyirik ki, COVID-19 böhranı boyunca və onun təsirlərindən qurtarana qədər biz onların yanında olacayıq”.

Amerika Birləşmiş Ştatları, COVID-19 pandemiyasının dərhal üzə çıxan və uzunmüddətli səhiyyə və iqtisadi təsirlərinə Azərbaycanın cavab tədbirlərini dəstəkləmək üçün artıq 5 milyon dollardan çox vəsait ayırmşdır. Bu vəsaitlər ölkə daxilində 3 600-dən çox ehtiyacı olan şəxsin ərzaq və gigiyena vasitələri ilə təmin olunmasına; virusun yayılmasının qarşısını almaq və ona cavab verə bilmək üçün lazımi addımlar barədə insanların maarifləndirilməsinə; və yerli xəstəxanaların işinin yaxşılaşdırılmasında kömək etmək üçün Türkiyədən 19 həkimi məsləhətçi olaraq ölkəyə gətirən uğurlu REACT-C19 layihəsinə ayrılmışdır. Birləşmiş Ştatlar Azərbaycanda COVID-19 pandemiyasına cavab tədbirləri üçün Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası, Beynəlxalq Qızıl Xaç Komitəsi, Beynəlxalq Miqrasiya Təşkilatı, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və BMT Uşaq Fonduna (UNİCEF) maliyyə vəsaiti ayırıb.

COVID-19 virusunun yayılmasından bu yana ABŞ bütün dünyada pandemiya ilə mübarizəyə xüsusi olaraq 20,5 milyard dollar yardım etmişdir.

USAİD-in COVID-19 pandemiyasına cavab tədbirləri barədə daha çox məlumat əldə etmək üçün https://www.usaid.gov/coronavirus-covid-19 keçidindən istifadə edin.

Qafar Ağayev

Paylaş:
1141

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər