Ermənistana məxsus növbəti taktiki PUA məhv edildi | 1news.az | Xəbərlər
Siyasət

Ermənistana məxsus növbəti taktiki PUA məhv edildi

12:20 - 27 / 08 / 2020
Ermənistana məxsus növbəti taktiki PUA məhv edildi

Avqustun 27-si saat 09:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə cəbhənin Füzuli rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Düşmənin növbəti PUA-sı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən dərhal aşkar olunaraq məhv edilib.

S.Xankişiyeva

 

Paylaş:
718

Son xəbərlər

Bütün xəbərlər