Ermənistanın silah maxinasiyası və Qərbin susqunluğu - TƏHLİL | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənistanın silah maxinasiyası və Qərbin susqunluğu - TƏHLİL

15:30 - 22 / 10 / 2020
Ermənistanın silah maxinasiyası və Qərbin susqunluğu - TƏHLİL

Sentyabrın 27-də Ermənistan silahl qüvvələrinin təxribatlarına qarşı Azərbaycan Ordusunun başlatdğı genişmiqyaslı Vətən müharibəsi  Ermənistanın beynəlxalq konvensiyaların tələblərini də kobudcasına pozduğunu üzə çıxardı.

Hazırkı müharibə həm də Ermənistann regionda ciddi təhlükəsizlik təhdidinə çevrildiyini göstərir. Belə ki, 1992-ci il noyabrın 9-da qüvvəyə minmiş Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə əsasında SSRİ-nin mövcud olan kvotasını bölüşdürərkən Ermənistanın payına 220 tank, 220 zirehli döyüş maşını, 285 artilleriya qurğusu, 100 döyüş təyyarəsi və 50 hücum helikopteri düşmüşdü. Lakin Ermənistan Respublikası bu kvotanı nəinki pozub, hətta Paşinyanın hakimiyyəti dövründə bunu nümayişkaranə şəkildə göstərməkdən çəkinməyib.

Avropada Adi Silahlı Qüvvələr Sazişi öğdəliklərinə uyğun olaraq, Ermənistan illik əsasda ATƏT çərçivəsində qeyd olunan kateqoriyalar üzrə malik olduğu adi silahların sayı, onların hansı hərbi bölüyə aid olması, bu hərbi bölüyün koordinatları, canlı qüvvəsi və digər aidiyyəti məlumatları bəyan edir.

16 dekabr 2019-cu il tarixində Ermənistan tərəfindən ATƏT çərçivəsində təqdim olunmuş məlumatan əsasən, bu ölkə 145 tanka, 216 zirehli döyüş maşınına, 242 artilleriya qurğusuna, 14 hərbi təyyarəyə və 8 hücum vertalyotuna malikdir.

Bununla belə, cari ilin 27 sentyabr tarixində Ermənistan növbəti təxribatına Azərbaycan Respublikasının əks hücum əməliyyatı çərçivəsində işğal edilmiş ərazilərimizdə qeyri-qanuni olaraq yerləşmiş külli miqdarda hərbi texnika məhv edilib və hərbi qənimət kimi götürülüb. Bu texnikanın ümumi sayına nəzər yetirdikdə Ermənistanın öz beynəlxaql öhdəliklərini pozduğunu və hərbi potensialı barədə yalan məlumatlar təqdim etdiyini görmək olar.

20.10.2020-ci il tarixinə olan məlumata əsasən Azərbyacan Silahlı Qüvvələri Ermənistanın 241 tankını məhv edib, 39-nu isə hərbi qənimət kimi götürüb – toplam 280 tank. Bununla yanaşı 2-ci kateqoriyaya aid piyadaların 50 döyüş maşını məhv edilib, 24-ü isə qənimət kimi götürülüb – toplam 70 maşın. 3-cü kateqoriyaya aid özüyeriyən 17 artilleriya qurğusu, 198 top, 58 minaatan məhv edilib, 12 minaatan qənimət kimi götürülüb. Eyni zamanda 70 “QRAD” qurğusu, 2 “URAQAN”, 2 “YARS” (Yaylım Atəş Raket Sistemi) və 1 TOS məhv edilib – toplam 3-cü kateqoriyaya aid 360 vahid. Beləliklə, Azərbaycan Ordusunun məhv etdiyi tankların, top, artilleriya qurğusu, minaatan və reaktiv yaylım atəş sistemlərinin sayı Avropada Adi Silahlı Qüvvələr Sazişi üzrə tavanları aşır və Ermənistanın rəsmi olaraq bəyan etdiyi saydan daha çoxdur.

Eyni zamanda, qeyd olunmalıdır ki, Ermənistan beynəlxalq öhdəliklərinə zidd olaraq ATƏT çərçivəsində və BMT-nin adi silahlar üzrə registrinə idxal etdiyi adi silahlar, eləcə də yüngül və atıcı silahlar barədə doğru məlumatlar təqdim etmir, bir çox məlumatları gizlədir. Belə ki, əldə etdiyimiz məlumatlara əsasən, yalnız son iki il ərzində Ermənistanın idxal etdiyi 466 artilleriya, o cümnlədən 319 minaatan barədə məlumatları bəyan etməyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev haqlı olaraq sual verir: “Haradandır onlarda bu qədər tank? Bir də ki, bu, beynəlxalq konvensiyalara ziddir. Bəs bu konvensiyalara monitorinq aparmalı olan qurumlar niyə buna fikir verməyiblər?”

Əslində, bu fakt Ermənistanın xarici qüvvələr tərəfindən silahlandırılması barədə iddiaları əsaslandırmağa imkan verir. Məsələ ondan ibarətdir ki, bəzi ölkələr bu qədər faktın qarşılığında nədənsə əllərində heç bir sübutu olmayan İrəvana inanmağı seçirlər ki, bu da ikili standartların mövcudluğunu yenidən gündəmə gətirir, beynəlxalq hüququn işləmədiyini nümayiş etdirir. 

Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində Ermənistanın çoxlu sayda silah və sursatı qeyri-qanuni olaraq yerləşdirməklə beynəlxaq mexanizmlərin nəzarətindən kənar saxlaması və bunun regionda sülhə ciddi təhlükə yaratması məsələsini dəfələrlə müxtəlif səviyyələrdə qaldırıb.

Həmçinin Ermənistanın Avropada Adi Silahlı Qüvvələr Saziş və ATƏT-in Vyana sənədi üzrə öhdəliklərə zidd olaraq, Türkiyə  nümayəndələri tərəfindən bu ölkədə inspeksiya keçirilməsinə və hərbi təlimlərin müşahidə olunmasına icazə vermir. Bununla Ermənistan bəyan etdiyi silahların ifşa olunmasının qarşısını almaq məqsədini güdür.

Ermənistan tərəfindən Avropada Adi Silahlı Qüvvələr Sazişinin kobud pozulmasına dair ABŞ Dövlət Departamentinin bu sənədə riayət olunması üzrə müvafiq hesabatlarında da əks olunur.

Bir məqamı tərəddüd etmədən deyə bilərik ki, Ermənistanın qanunsuz olaraq əldə etdiyi silahlar onu Azərbaycan Ordusu qarşısında məğlubiyyətdən xilas edə bilməyəcək. Aparılan təhlillərdən məlum olur ki, Ermənistan Respublikası öz silah və texnikasının təxminən 50 faizini itirib. Bununla yanaşı, Paşinyanın sıravi erməni xalqını silaha sarılmağa və döyüşməyə çağırması da onun çarəsizliyini göstərir. Əgər ən qsa zamanda düşmən ağ bayraq qaldırmasa olan-qalan “ordusu” da rəşadətli Ordumuz tərəfindən məhv ediləcək. Bu sadəcə an məsələsidir.

1news.az

Paylaş:
455

Son xəbərlər

ARDNF ötən ay satılan ABŞ dollarının məbləğini açıqladı02 / 07 / 2024, 17:50ADY sərnişin daşınmasını 20% artırıb02 / 07 / 2024, 17:40Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edib02 / 07 / 2024, 17:33Media nümayəndələrinin COP29-da iştirakı üçün akkreditasiya portalı istifadəyə verilib02 / 07 / 2024, 17:27Bakının Əbdürrəhim bəy Haqverdiyev küçəsində hərəkət zolağı təşkil edilib02 / 07 / 2024, 17:15Azercell yeni Smartfon kampaniyasını təqdim edir!02 / 07 / 2024, 17:04ABB AKA Bankla müqavilə imzaladı02 / 07 / 2024, 17:02Azərbaycan və NATO arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub02 / 07 / 2024, 16:58Qarabağ Universitetinə prorektor vakansiyaları elan olunub02 / 07 / 2024, 16:52Taksi sahəsində islahatlar - Tələbi qarşılamaq üçün hansı addımlar atılmalıdır? - ŞƏRH02 / 07 / 2024, 16:43Bəzi bölgələrdə yağış yağıb, şimşək şaxıb - FAKTİKİ HAVA02 / 07 / 2024, 16:36Prezident 2023-cü ilin dövlət büdcəsinin icrasını təsdiqləyib02 / 07 / 2024, 16:00BYD şirkəti ilə əməkdaşlığa dair sənədlər imzalanıb02 / 07 / 2024, 15:52Azərbaycanla Tacikistan arasında imzalanmış üç saziş təsdiq edilib02 / 07 / 2024, 15:48“Baku ID” festivalında startaplar 2 milyon dollardan artıq investisiya əldə etdilər! - FOTO02 / 07 / 2024, 15:24Azərbaycanın müdafiə naziri Belarusa səfər edib02 / 07 / 2024, 15:18Vətən müharibəsi iştirakçısının yardımınıza ehtiyacı var: “Xahiş edirəm, oğluma kömək edin” - FOTO02 / 07 / 2024, 15:17Azərbaycanın Tailanddakı səfiri dəyişib02 / 07 / 2024, 14:48ADY-də Çin nümayəndə heyəti ilə Orta Dəhlizə yeni yüklərin cəlb edilməsi müzakirə olundu02 / 07 / 2024, 14:34Azərbaycanın Los-Ancelesdəki baş konsulu geri çağırılıb - SƏRƏNCAM02 / 07 / 2024, 14:05
Bütün xəbərlər