MN: Düşmən Tərtər, Ağdam və Ağcabədi rayonlarını intensiv atəşə tutub | 1news.az | Xəbərlər
Cəmiyyət

MN: Düşmən Tərtər, Ağdam və Ağcabədi rayonlarını intensiv atəşə tutub

10:48 - 23 / 10 / 2020
MN: Düşmən Tərtər, Ağdam və Ağcabədi rayonlarını intensiv atəşə tutub

Dağlıq Qarabağ ərazisindəki Ağdərə, Xocavənd və Qırmızı Bazar yaşayış məntəqələrinin guya Azərbaycan Ordusu tərəfindən atəşə tutulması barədə Ermənistanın yaydığı xəbərin heç bir əsası yoxdur və yalandır.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, tam əksinə, oktyabrın 23-ü gecə ərzində və bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi intensiv atəşə tutulub.

Humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayır.

Qafar Ağayev

Paylaş:
281

Son xəbərlər

Bütün xəbərlər