30 hərbçinin meyiti və iki mülki şəxs Ermənistana təhvil verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

30 hərbçinin meyiti və iki mülki şəxs Ermənistana təhvil verilib

14:04 - 29 / 10 / 2020
30 hərbçinin meyiti və iki mülki şəxs Ermənistana təhvil verilib

Azərbaycan 30 hərbçinin meyitini və iki mülki şəxsi Ermənistana təhvil verib.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib.

H.Hacıyev bildirib ki, 30 erməni əsgər və zabitin meyiti, eyni zamanda, əsir düşmüş iki mülki şəxs Tovuz-Qazax istiqamətində Ermənistana təhvil verilib:

"Bu istiqamətdə Rusiya Müdafiə Nazirliyi və şəxsən Müdafiə naziri Sergey Şoyqunun səylərini yüksək qiymətləndiririk. Rusiyanın bu humanitar təşəbbüsü dəstəkləməsi nəticəsində Ermənistan tərəfi Qazax-Tovuz istiqamətində humanitar koridorun açılmasına və öz əsgərlərinin meyitlərinin qəbul edilməsinə razılığını verdi".

1news.az

Paylaş:
376

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər