KOBİA-nın rəhbərliyi Ermənistanın təxribatından zərərçəkmiş Bərdə sahibkarları ilə görüşüb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

KOBİA-nın rəhbərliyi Ermənistanın təxribatından zərərçəkmiş Bərdə sahibkarları ilə görüşüb - FOTO

16:31 - 30 / 10 / 2020
KOBİA-nın rəhbərliyi Ermənistanın təxribatından zərərçəkmiş Bərdə sahibkarları ilə görüşüb - FOTO

Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərini raket atəşinə tutması nəticəsində sahibkarlıq subyektlərinə də ciddi ziyan dəyib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) 1news.az-a bildirilib ki, sahibkarlara dəymiş zərərlə yerində tanış olmaq məqsədilə oktyabrın 30-da qurumun idarə heyətinin sədri Orxan Məmmədov, Dövlət Vergi Xidmətinin Baş idarə rəisi, Vergi ombudsmanı Elçin Məmmədov və hər iki qurumun məsul əməkdaşları Bərdə şəhərində olublar.

Sahibkarlarla keçirilmiş görüşdə qeyd edilib ki, oktyabrın 28-də Ermənistan silahlı qüvvələrinin Bərdənin əhalinin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi ərazini raket atəşinə tutması nəticəsində ilkin məlumatlara əsasən, ticarət, ictimai iaşə və xidmət sahələrində fəaliyyət göstərən 30-a yaxın sahibkarlıq subyektinə ziyan dəyib. Bildirilib ki, Ermənistanın Bərdə şəhərinə hərbi təxribatı nəticəsində həlak olanlar arasında sahibkarlar da var. Hadisə baş verdiyi gündən KOBİA-nın yerli nümayəndələri tərəfindən sahibkarlara dəymiş ziyanın müəyyənləşdirilməsi və onlara ilkin dəstəyin göstərilməsi üçün müvafiq tədbirlər görülür.

Ümumilikdə isə indiyədək Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə Ermənistanın hərbi təxribatı nəticəsində heyvandarlıq, əkinçilik, ticarət, ictimai iaşə və istehsal sahələrində fəaliyyət göstərən 300-dək sahibkarlıq subyektinə ziyanın dəyməsi barədə məlumatlar daxil olub. Müraciətlər əsasən, ölkənin 9 şəhər və rayonunu, o cümlədən Gəncə və Naftalan şəhərlərini, Ağdam, Füzuli, Tərtər, Beyləqan, Bərdə, Cəbrayıl və Ağcabədi rayonlarını əhatə edir. Ermənistan silahlı qüvvələrinin cəbhəyanı bölgələrlə yanaşı, cəbhədən kənarda yerləşən rayon və şəhərləri atəşə tutması nəticəsində sahibkarlıq subyektlərinin fəaliyyəti ya tamamilə dayanıb, ya da onlar əhəmiyyətli dərəcədə maliyyə itkiləri ilə üzləşiblər. İlkin hesablamalara görə, sahibkarlara dəymiş ziyan milyonlarla manat həcmindədir.

Ermənistanın hərbi təxribatı ilə bağlı sahibkarlıq subyektlərinə dəymiş ziyanın müəyyənləşdirilməsi məqsədilə KOBİA tərəfindən müvafiq məlumatların toplanılması və emalı, mümkün olduqda dəymiş zərərin yerində dəqiqləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

1news.az

Paylaş:
376

Son xəbərlər

Niderland Avropa çempionatında qaldı, Türkiyə isə tərk etdi - YENİLƏNİB 407 / 07 / 2024, 01:10Qarabağ Universitetində ingilis dili üzrə müəllimi vakansiyası elan edilib06 / 07 / 2024, 18:03Şuşada TDT dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib - YENİLƏNİB 106 / 07 / 2024, 17:55Azad edilmiş ərazilərdə yeni seçki məntəqələri yaradılacaq06 / 07 / 2024, 17:23Sabunçuda 5 otaqlı ev yanıb06 / 07 / 2024, 16:54Bakıda hind aktyorlarının iştirakı ilə film çəkilir06 / 07 / 2024, 16:38Qubada 1 nəfər göldə batıb06 / 07 / 2024, 16:19Abşeronda zəncirvari qəza baş verib, yaralılar var06 / 07 / 2024, 15:59Türkiyənin vitse-prezidentinin Azərbaycana səfəri başa çatıb06 / 07 / 2024, 15:31Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb06 / 07 / 2024, 15:03Təcridxanada olan qardaşına narkotik vasitə aparan şəxs saxlanılıb06 / 07 / 2024, 14:47Azərbaycan neftinin qiyməti 92 dollara yaxınlaşıb06 / 07 / 2024, 14:29Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə Görüşünün Qarabağ Bəyannaməsinin imzalanması mərasimi olub06 / 07 / 2024, 14:08Azərbaycan bu günlərdə TDT Katibliyinin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürüb06 / 07 / 2024, 14:05Azərbaycan Prezidenti: XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır06 / 07 / 2024, 13:52Prezident: Türk dünyasının və TDT-nin gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir06 / 07 / 2024, 13:32Azərbaycan-İran sərhədini pozanlar əmrə tabe olmayıb, xəbərdarlıq atəşi açılıb06 / 07 / 2024, 13:02Bazar gününün hava proqnozu06 / 07 / 2024, 12:42Prezident Şuşada TDT-nin Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb06 / 07 / 2024, 12:14Özünü qazi kimi təqdim edərək vətəndaşları şantaj etməkdə şübhəli bilinən Şirvan şəhər sakini saxlanılıb06 / 07 / 2024, 11:52
Bütün xəbərlər