İsveçrəli jurnalist Andre Vidmer: Ermənilər işğal etdikləri Azərbaycan ərazilərini xarabalığa çeviriblər | 1news.az | Xəbərlər
Siyasət

İsveçrəli jurnalist Andre Vidmer: Ermənilər işğal etdikləri Azərbaycan ərazilərini xarabalığa çeviriblər

12:06 - 30 / 12 / 2020
İsveçrəli jurnalist Andre Vidmer: Ermənilər işğal etdikləri Azərbaycan ərazilərini xarabalığa çeviriblər

Almaniyanın “Neues Deutschland” qəzetində jurnalist Andre Vidmerin müəllifi olduğu “Yandırılmış torpaq, yaralanmış ölkə” adlı məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, jurnalist Azərbaycanın erməni işğalından azad edilmiş Füzuli rayonuna və Tərtərin Suqovuşan kəndinə səfərindən bəhs edir. Məqalədə boya-başa çatdığı əraziyə geri qayıdan Xaliq Hümbətovun təəssüratları da yer alıb.

Məqalənin girişində qeyd edilir ki, bir neçə həftə öncə müharibə başa çatsa da, ötən əsrin 90-cı illərində ermənilərin işğal etdiyi ərazilərdən köçkün düşən azərbaycanlıların geri qayıdışı hələ vaxt alacaq.

Qeyd edilir ki, dekabr ayı olmasına baxmayaraq, Füzuli rayonu ərazisində intensiv döyüş əməliyyatlarının izlərini hər yerdə görmək mümkündür. Burada avtomobildən düşərkən mütləq diqqətli olmaq lazımdır, ətrafa çoxlu sayda istifadə edilməmiş hərbi sursat səpələnib. 27 illik işğaldan sonra Füzuli şəhəri tamamilə dağıdılıb, ermənilərin şəhər kənarında inşa etdikləri hərbi baza yeganə tikili sayıla bilər.

Müəllif burada gedən döyüşlər barədə oxuculara məlumat verərək bildirir ki, noyabrın 10-da 44 günlük ağır döyüşlərdən sonra başa çatan müharibə nəticəsində Azərbaycan Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarını, Şuşa şəhərini və bir sıra yaşayış məntəqələrini azad etdi. Dağlıq Qarabağ ətrafında ermənilərin işğal etdiyi yeddi rayonun əhalisinin 90 faizindən artığı azərbaycanlılardan ibarət olub və həmin ərazilərdən birinci müharibə zamanı yüz minlərlə insan didərgin düşmüşdü.

Əldə edilən razılaşma ilə Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycana təhvil verildi. 44 günlük müharibə zamanı hər iki tərəfin verdiyi itkilərdən də bəhs edən A.Vidmer yazır ki, 1988-1994-cü illəri əhatə edən ilk müharibə zamanı Ermənistan Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərini işğal etdi və həmin müharibə 30 min insanın həyatına son qoydu.

Müəllif daha sonra qeyd edir ki, Füzuli rayonu ilə yanaşı, böyük ərazilərin erməni qoşunları tərəfindən işğalı nəticəsində xarabalığa çevrildiyini görmək mümkündür. Ermənilərin noyabrın 20-də təhvil verdikləri Ağdam şəhərində də eyni mənzərə canlanır. Yerlə-yeksan edilən Ağdam şəhəri erməni işğalçılarına Dağlıq Qarabağda tikinti üçün bir növ daş karxanası və metal anbarı rolunu oynayıb. Məscidlər isə tövlə kimi istifadə edilərək təhqir olunub.

A.Vidmer məqaləsində daha sonra qeyd edir ki, Ağdamla yanaşı, bir çox başqa yerlər də acınacaqlı və xarabazar vəziyyətdədir: Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı. Ayrı-ayrı ərazilərdə işğalçılar torpaqlardan aqrar təsərrüfat kimi istifadə ediblər. ANAMA ərazilərin minalardan təmizlənməsi üçün hələ xeyli işin görülməli olduğunu bildirir. Müəllif bir məqama da diqqəti çəkir ki, birinci müharibədən əvvəl əhalisinin 90 faizindən artığı azərbaycanlılardan ibarət olan Kəlbəcərdə ermənilər aktiv məskunlaşma həyata keçiriblər. Atəşkəs Bəyanatına əsasən noyabrın sonunda bu rayon Azərbaycana təhvil verilməli olanda ermənilər buradakı evləri yandırdılar.

Məqalədə 90-cı illərdə öz torpağından didərgin düşmüş Xalid Hümbətovun fikirləri yer alıb. O, müharibədən öncəki həyatlarından bəhs edərək bildirir ki, münaqişədən öncə azərbaycanlılar və ermənilər dinc şəraitdə birlikdə yaşayıblar. O, 14 yaşında ailəsi ilə birlikdə Suqovuşanı tərk edərək Tərtər şəhərində məskunlaşmalı olub və müharibənin qızğın dövründə onların yaşadıqları yer erməni artilleriyası tərəfindən dəfələrlə atəşə tutulub. Artıq müharibə arxada qalıb və X.Hümbətov tezliklə Suqovuşandakı evinə geri qayıdacağı günü gözləyir: “Biz ailəlikcə buraya geri qayıtmaq istəyirik. Bizim uşaqlarımız bu torpağın həsrəti ilə böyüyüblər. Biz uşaqlarımıza bu torpaqlar haqqında danışmışıq. Biz öz ana yurdumuz haqqında elə danışırdıq ki, elə bil nağıl deyirdik. Bu gün onlar görürlər ki, nağıllar da gerçəyə çevrilə bilir. Biz buraya geri qayıdacağıq və mənim övladlarım burada böyüyəcəklər. Çünki bura bizim torpağımızdır”.

Məqalənin yekununda qeyd edilir ki, Azərbaycan hökuməti vaxtilə ermənilərin işğalı altında olan ərazilərin ölkənin digər bölgələri ilə bağlantılarının yaranması üçün sürətlə çalışır. Bunu Tərtər şəhəri ilə Suqovuşan arasında yolun inşası ilə bağlı görülən işlər də sübut edir. 27 il bir-biri ilə əlaqəsi kəsilən yaşayış məntəqələri yeni inşa edilən yollarla yenidən bir-biri ilə qovuşurlar.

S.Xankişiyeva

 

Paylaş:
399

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər