Ceyhun Bayramov ilk dəfə Mərkəzi Asiya XİN rəhbərlərinin görüşündə iştirak edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ceyhun Bayramov ilk dəfə Mərkəzi Asiya XİN rəhbərlərinin görüşündə iştirak edib

17:51 - Bu gün
Ceyhun Bayramov ilk dəfə Mərkəzi Asiya XİN rəhbərlərinin görüşündə iştirak edib

Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirlərinin növbəti görüşü keçirilir.

1news.az xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Axror Burxanov “X”də bildirib.

Onun sözlərinə görüş çox səmərəli, açıq və qarşılıqlı etimad ruhunda keçirilir, bölgənin davamlı inkişafı, təhlükəsizliyi və rifahının ən aktual məsələləri ətraflı müzakirə olunur.

“Bu görüşün digər mühüm cəhəti də bu formatda ilk dəfə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun iştirakıdır ki, bu da yaxın dostumuz və tərəfdaş dövlətimizlə çoxşaxəli münasibətlərimizin daha da genişləndiyini göstərir”, - o qeyd edib.

Paylaş:
575

Son xəbərlər

Bütün xəbərlər