“Qarabağ Dirçəliş Fondu”nun Müşahidə Şurasının tərkibi təsdiq edilib - SİYAHI | 1news.az | Xəbərlər
Rəsmi

“Qarabağ Dirçəliş Fondu”nun Müşahidə Şurasının tərkibi təsdiq edilib - SİYAHI

12:55 - 04 / 01 / 2021
“Qarabağ Dirçəliş Fondu”nun Müşahidə Şurasının tərkibi təsdiq edilib - SİYAHI

Prezident İlham Əliyev Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən xəbərinə görə, Sərəncama əsasən Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilir:

Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Muxtar Babayev – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Rövşən Rzayev – Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri

Tural Gəncəliyev – Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Fatma Yıldırım – Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Fərhad Bədəlbəyli – Bakı Musiqi Akademiyasının rektoru

Ədalət Muradov – Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru

Kamal Abdulla – Azərbaycan Dillər Universitetinin rektoru

Alim Qasımov – Azərbaycan Respublikasının Xalq artisti.

1news.az 

Paylaş:
751

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər