İtaliyanın Sardiniya adasında restoranlarda ailələrə telefon qadağası

İtaliyanın Sardiniya adasında 15 restoran ailələrin yemək zamanı mobil telefonlardan istifadəsini məhdudlaşdıran bir aylıq pilot layihəyə qoşulacaq.
1news.az xarici mediaya istinadən xəbər verir ki, “A tavola senza schermi” (“Ekransız süfrə”) adlı təşəbbüsün məqsədi uşaqların ekran vaxtını azaltmaq və ailədaxili ünsiyyəti gücləndirməkdir.
Layihə çərçivəsində telefonlarını kənara qoyan ailələrə oyun və rəsm ləvazimatları təqdim ediləcək. Təşəbbüsün uşaqların valideynləri ilə ünsiyyətini artırmağa və rəqəmsal cihazlardan asılılığın azaldılmasına töhfə verəcəyi gözlənilir.
81











