İspaniyada qatar qəzasında ölənlərin sayı 68-ə çatıb | 1news.az | Xəbərlər
Dünya

İspaniyada qatar qəzasında ölənlərin sayı 68-ə çatıb

Oksana Orucova09:20 - Bu gün
İspaniyada qatar qəzasında ölənlərin sayı 68-ə çatıb

İspaniyada Madrid-Sevilya marşrutu üzrə hərəkət edən “Renfe AVE” və “Iryo” şirkətlərinə məxsus iki sürətli qatarın toqquşması nəticəsində 68 nəfər ölüb, 53 nəfər yaralanıb.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, EFE xəbər agentliyinin məlumatına görə, qəza Toledo yaxınlığındakı Los-Yebenes ərazisində, yerli vaxtla saat 08:54-də baş verib.

Yaralılardan 15-nin vəziyyəti ağırdır.

İspaniyanın nəqliyyat naziri Oskar Puente bildirib ki, siqnalizasiya sistemində yaranan nasazlıqdan sonra qatarın hərəkətini davam etdirməsinə icazə verilməsi qəzanın baş verməsində rol oynayıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Baş nazir Pedro Sançes qəza ilə əlaqədar ölkədə üç günlük matəm elan ediləcəyini açıqlayıb. Hadisədən sonra Madrid, Syudad-Real və Əndəlüs istiqamətlərində qatarların hərəkəti müvəqqəti dayandırılıb.

Paylaş:
76

Son xəbərlər

Bütün xəbərlər