Ağdamın işğaldan azad olunan ərazilərində 700 hektar taxıl əkilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Ağdamın işğaldan azad olunan ərazilərində 700 hektar taxıl əkilib

15:45 - 06 / 01 / 2021
Ağdamın işğaldan azad olunan ərazilərində 700 hektar taxıl əkilib

Ağdam rayonunda işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi prosesi davam etdirilir.

1news.az xəbər verir ki, bu barədə Trend-ə Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverən Əliyev deyib.

O bildirib ki, artıq işğaldan azad edilən ərazilərdə taxıl əkininə də başlanıb:

"Minalardan təmizlənmiş ərazilərdə taxıl əkini aparılır. Artıq 700 hektardan artıq ərazi təmizlənərək şumlanıb və taxıl əkilib. Proses davam etdirilir.

A. Əliyev bildirib ki, ərazi tam olaraq minalardan təmizlənəndən sonra həmin ərazilərdə bərpa işlərinə başlanacaq.
 
1news.az
Paylaş:
602

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər