İlham Əliyev: Qeyri-neft sənayemiz 11 faizdən çox artıb | 1news.az | Xəbərlər
Siyasət

İlham Əliyev: Qeyri-neft sənayemiz 11 faizdən çox artıb

17:00 - 06 / 01 / 2021
İlham Əliyev: Qeyri-neft sənayemiz 11 faizdən çox artıb

Qeyri-neft sənayemiz 11 faizdən çox artıb.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə çıxışı zamanı deyib.

Dövlətimizin başçısı diqqətə çatdırıb ki, ötən il iqtisadiyyat 4 faizdən bir qədər çox azalsa da, qeyri-neft sənayemiz 11 faizdən çox artıb. Bundan əlavə, kənd təsərrüfatı, orta aylıq əməkhaqqı və pensiyalar da artıb, Neft Fondunun vəsaiti azalmayıb, əksinə, o da artıb. Bununla da Azərbaycan öz valyuta ehtiyatlarını qoruyub.

S.Xankişiyeva

 

Paylaş:
400

Son xəbərlər

Bütün xəbərlər