“Azərbaycanın öz ərazi bötövlüyünü bərpa etməsi ilə regionun inkişafı üçün yeni perspektivlər yaranıb” | 1news.az | Xəbərlər
Siyasət

“Azərbaycanın öz ərazi bötövlüyünü bərpa etməsi ilə regionun inkişafı üçün yeni perspektivlər yaranıb”

15:55 - 11 / 01 / 2021
“Azərbaycanın öz ərazi bötövlüyünü bərpa etməsi ilə regionun inkişafı üçün yeni perspektivlər yaranıb”

“Azərbaycanın öz ərazi bötövlüyünü bərpa etməsi ilə yaranan yeni geostarteji reallıq bütövlükdə regionun inteqrasiyası və inkişafı üçün də yeni perespektivlər təmin edib” .

1news.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, hazırki postmüharibə mərhələsində Azərbaycan fəal şəkildə və sürətlə işğaldan azad edilmiş əarzilərində yol-nəqliyyat və infrastruktur layihələrini həyata keçirməkdədəir :

“Belə olan halda yeni şərtlərdən daha səmərəli şəkildə istifadə etmək üçün region dövlətlərinin də diqqəti Azərbaycan yönəlmiş olur ki, bu sırada ilk növbədə Rusiya, Türkiyə və İranı qeyd edə bilərik. Əslində Rusiya və Türkiyənin problemin həllində oynadıqları mühüm siyasi rolu və post müharibə mərhələsində sülhün qorunmasında iştirakçılığını da nəzərə alsaq o zaman bu iki ölkənin Azərbaycanla əmkdaşlıq kontekstində regionun iqtisadi-siyasi inteqrasiyasında da mühüm rol oyanaya biləcəkləri ortaya çıxmış olur. Şübhəsiz ki, qonşu İranın da regional inteqrasiya prosesində mühüm rol oynaya biləcəyi hər kəsə aydındır və bu da region ölkələrinin xüsusən də yeni reallıqların memarı olan Azərbaycanın arzu etdiyi bir tərəfdaşlıq platformasının yaranması üçün əsaslardan biri kimi çıxış edə bilər. Buna paralel olaraq Gürcüstanın Azərbaycan tərəfindən həyata keçirilən bütün regionla və beynəlxalq enerji və nəqliyyat layihələrində iştirakçı olduğunu nəzərə alsaq əslində regional inkişafı və inteqrasiyanı təmin edə biləcək platformanın konturları dəqiqləşmiş olur” .

“Nəzərə almaq lazımdır ki, işğal faktı artıq ortada olmadığına görə arzu etdiyi və yeni reallıqları qəbul etdiyi təqdirdə Ermənistanın da bu platformada iştirakçılığı mümkündür” – deyə, deputat fikirlərinə əlavə edib:

“Ona görə də hazırda regionda davamlı sülhün və əməkdaşlığın təmin edilməsi üçün ən perespektivli platforma kimi 3+3 altı tərəfli platforması nəzərdən keçirilir. Yəni Azərbaycan -Türkiyə - Gürcüstan və Rusiya –İran- Ermənistan altıtərəfli əməkdaşlıq platforması regionumuzun inkişafı və ünümüddətli sülhün bərqərar olması üçün ən perspektivli platformadır . Təcrübə göstərir ki , regiondan kənar aktorların iştirakçılığı bəzi halarda nəinki əməkdaşlığın inkişafına töhfə verir tam əksinə bəzən belə iştirakçılıq ziddiyət və qütbləşmə yarada bilir. Ona görə də bundan sonrakı mərhələdə imzalanması perespektivi olan mümkün sülh müqaviləsi də elə altıtərəfli əməkdaşlıq platformasına daxil olan Rusyia-Türkiyə və Azərbaycan – Ermənistan arasında razlıaşdırılmış müqavilə ola bilər. Hazırda Rusiya sülməramlıları regionda sabitlşədirici rol oynamqla Ermənistanda mövcud olan müharibə tərfdarlarının və revanşistlərin əl qolunu bağlayır.

H.Babaoğlunun sözlərinə görə,  Ermənistanda hələ də elə qüvvələr var ki, Rusiyanın regionda sülhyaratma və əməkdaşlığını inkişaf etdirilməsində oyandığı rolunu qəbul etmək istəmirlər.

“Onların məqsədi regiondan kənarda olan daha radikal aktorları prosesə cəlb etməklə yenidən müharibəni alovlandırmaqdan ibarətdir. Əslində biz bilirik ki, bu həvəsdə olan bəzi dövlətlər də yox deyil. Ona görə də regionda əməkdaşlığın və sülhün qalıcı olması hər şeydən öncə elə region ölkələrinin marağındadır .Yeni yol nəqliyyat və kommunikasiya layihələrinin bərpası isə məhz bu məqsədlərə xidmət edəcək. Məsələn, dəmiryolu kommunikasiyalarının bərpası qonşu İranın Avrasiya İttifaqına üzv olan ölkələrlə əməkdaşlığına imkanlar yaradacaq. Eyni zamanda Türkiyə bütün kommunikasiyalardan istifadə etmək imkanları əldə edəcək və beləliklə də uzun illərdir Ermənistanın işğalçılıq siyasəti ucbatından ifliç vəziyyətə düşmüş regionla inteqrasiya nəhayət baş tuta biləcək ki ,bu da bütün tərəflərin xeyrinə olacaq”.

Qafar Ağayev

Paylaş:
456

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər