Qarabağ Dirçəliş Fondunun fəaliyyət istiqamətləri müəyyənləşdi | 1news.az | Xəbərlər
Siyasət

Qarabağ Dirçəliş Fondunun fəaliyyət istiqamətləri müəyyənləşdi

12:52 - 19 / 01 / 2021
Qarabağ Dirçəliş Fondunun fəaliyyət istiqamətləri müəyyənləşdi

Yeni yaradılan Qarabağ Dirçəliş Fondunun fəaliyyət istiqamətləri müəyyənləşib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, bu, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş Qarabağ Dirçəliş Fondunun Nizamnaməsində yer alıb.

Fondun fəaliyyət istiqamətləri aşağıdakılardır:

1.müvafiq sahənin inkişafını təmin etmək;

2.müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;

3.müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

4.işğaldan azad olunmuş ərazilərdə bərpa, yenidənqurma və dayanıqlı inkişaf işinin həyata keçirilməsinə maliyyə dəstəyi göstərmək;

5.işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və dayanıqlı inkişafı üçün sərmayələrin cəlb olunması, habelə bu istiqamətdə fəaliyyətin effektiv təşkili məqsədilə təbliğat-təşviqat və maarifləndirmə işi aparmaq;

6.işğaldan azad edilmiş ərazilərdə bərpa, yenidənqurma və dayanıqlı inkişaf məqsədlərinin dövlət-özəl tərəfdaşlığı çərçivəsində təmin edilməsi istiqamətində işləri təşviq etmək;

7.bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.

S.Xankişiyeva

 

Paylaş:
376

Son xəbərlər

Bütün xəbərlər